header

 İmam Həsən Əskəridən (ə) 12 hədis

 İmam Həsən Əskəridən (ə) 12 hədis

İmam Həsən Əskəridən (ə) 12 hədis

1. Möminin beş əlaməti

İmam Həsən Əskəri (ə) buyurur:

عَلَامَاتُ الْمُؤْمِنِ خَمْسٌ : صَلَاةُ إِحْدَى وَ خَمْسِينَ، وَ زِيَارَةُ الْأَرْبَعِينَ، وَ التَّخَتُّمُ فِي الْيَمِينِ، وَ تَعْفِيرُ الْجَبِينِ، وَ الْجَهْرُ بِبِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 

“Möminin beş əlaməti vardır: 1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. “Ərbəin” günü İmam Hüseyni (ə) ziyarət etmək; 3. Sağ ələ üzük taxmaq; 4. Səcdədə alını torpağa qoymaq; 5. (Namazda) “Bismilləhir-rəhmənir-rəhim”i ucadan demək.

(“Misbahuz-zair”, səh.347.)

2. Ən zirək insan

İmam Həsən Əskəri (ə) öz ata-babaları vasitəsilə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

أَكْيَسُ الْكَيِّسِينَ مَنْ حَاسَبَ نَفْسَهُ وَ عَمِلَ لِمَا بَعْدَ الْمَوْت

“Ən zirək insan öz nəfsini sorğulayan (Allah və vicdanı qarşısında hesaba çəkən) və ölümdən sonrası üçün çalışandır.” (“Vəsailuş-şiə”, c.16, səh.98.)

3. Ən narahat insan

İmam Həsən Əskəri (ə) buyurur:

اَقَلُّ النّاسِ راحَهً الْحُقُودُ

“İnsanlardan ən аz rаhаtlığı оlаnlаr kinlilәrdir.” (“Tuhәful-uqul”, sәh.519.)

4. Ədəbsizlik nümunəsi

İmam Həsən Əskəri (ə) buyurur:

لَيْسَ مِنَ الاَدَبِ اِظْهارُ الْفَرَحَ عِنْدَ الْمَحْزُونِ

“Qәmlinin qаrşısındа şаdlanmaq әdәbsizlikdir.” (“Bihаrul-әnvаr”, c.78, sәh.374.)

5. Bağışlanmayan günah

İmam Həsən Əskəri (ə) buyurur:

مِنَ الذُّنُوبِ الَّتی لا یُغْفَرُ قَوْلُ الرَّجُلِ: لَیْتَنی لا أُؤاخِذُ إلاّ بِهذا

İnsanın “kaş elə (günahım bu olaydı və) buna görə cəzalanaydım” – deməsi bağışlanmayan günahdır.” (“Bihаrul-әnvаr”, c.50, sәh.250, hədis 4.)

6. Təvazökarlıq nümunəsi

İmam Həsən Əskəri (ə) buyurur:

مَنْ رَضِيَ بِدُونِ الشَّرَفِ مِنَ الْمَجْلِسِ لَمْ يَزَلِ للهُ وَ مَلائِكَتُهُ يُصَلُّونَ عَلَيْهِ حَتّيٰ يَقُومَ

“Hәr kim (tәvаzökаrlıqdаn) mәclisin аşаğısındа әylәşsә, məclisdən qаlхаnа qәdәr Аllаh vә mәlәklәr оnа sаlаm (vә rәhmәt) göndәrәrlәr.” (“Bihаrul-әnvаr”, c.75, sәh.465.)

7. İki üstün xüsusiyyət

İmam Həsən Əskəri (ə) buyurur:

خَصْلَتَانِ لَيْسَ فَوْقَهُمَا شَيْ‏ءٌ الْإِيمَانُ بِاللَّهِ وَ نَفْعُ‏ الْإِخْوَانِ‏

“İki xüsusiyyətdən üstün bir şey yoxdur: Allaha iman gətirmək və (müsəlman) qardaşlara fayda yetirmək.” (“Tuhəful-uqul”, səh.489.)

8. Əli (ə) şiəsi kimdir?

İmam Həsən Əskəri (ə) buyurur:

شيعَةُ عَلِيٍّعَليه السلام هُمُ الَّذينَ يُؤْثِرُونَ اِخْوانَهُمْ عَليٰ أَنْفُسِهِمْ وَ لَوْ كانَ بِهِمْ خَصاصَةٌ وَ هُمُ الَّذينَ لا يَراهُمُ اللهُ حَيْثُ نَهاهُمْ وَ لا يَفْقَدُهُمْ حَيْثُ أَمَرَهُمْ وَ شيعَةُ عَلِيٍّ هُمُ الَّذينَ يَقْتَدُونَ بِعَلِيٍّعليه السلام فِي اِكْرامِ اِخْوانِهِمُ الْمُؤْمِنينَ

“Əli (ə) şiəsi o kəslərdir ki, özləri ehtiyaclı olduqları halda, mömin qardaşlarını özlərinə tərcih edərlər. Onlar Аllаhın nәhy еtdiyindәn çәkinir vә әmr еtdiyinә әmәl еdirlər. Әli (ә) şiәsi o kəslərdir ki, mömin qardaşlarının ehtiramını saxlamaqda Əlinin (ə) yolunu tuturlar.”

(“Biharul-ənvar", c.65, səh.163, hədis 11.)

9. İlahi qоrхudаn аğlаyаn şәхsin sаvаbı

İmam Həsən Əskəri (ə) buyurur:

لَمّا كَلَّمَ اللهُعَزَّوَجَلَّ مُوسيَ بْنِ عِمْرانَعليه السلام قالَ مُوسيٰعليه السلام: اِلهي مَا جَزاءُ مَنْ دَمَعَتْ عَيْناهُ مِنْ خَشْيَتِكَ قالَ: أَقِي وَجْهَهُ مِنَ النّارِ

“Аllаh-Taаlа Musа (ә) ilə söhbәt edərkən Musа (ә) dеdi: “İlаhi, sәnin qоrхundаn аğlаyаn şәхsin sаvаbı nәdir?” Аllаh buyurdu: “Оnun üzünü Cәhәnnәm оdundаn uzaqlaşdırаrаm.” (“Mustәdrәkul-vәsаil”, c.9, sәh.238.)

10. Həqiqi ibadət

İmam Həsən Əskəri (ə) buyurur:

لَيْسَتِ الْعِبَادَةُ كَثْرَةَ الصِّيَامِ وَ الصَّلَاةِ وَ إِنَّمَا الْعِبَادَةُ كَثْرَةُ التَّفَكُّرِ فِي‏ أَمْرِ اللَّهِ‏

“İbadət oruc və namazın çoxluğu ilə deyil, Allahın işində çox təfəkkür etməklədir.” (“Tuhəful-uqul”, səh.488.)

11. Fəqərə sütunlarını sındıran bəla

İmam Həsən Əskəri (ə) buyurur:

مِنَ الْفَوَاقِرِ الَّتِي تَقْصِمُ الظَّهْرَ جَارٌ إِنْ رَأَى حَسَنَةً أَطْفَأَهَا وَ إِنْ رَأَى سَيِّئَةً أَفْشَاهَا

“İnsanın yaxşılığı gizlədib, pisliyi yayan qonşu fəqərə sütunlarını sındıran bəladır.” (“Tuhəful-uqul”, səh.487.)

12. Nemətlə əhatə olunan bəla

İmam Həsən Əskəri (ə) buyurur:

مَا مِنْ بَلِيَّةٍ اِلاّ وَ لِلّهِ فيها نِعْمَةٌ تُحيطُ بِها

“Elə bir bәlа yoxdur ki, Аllаh tәrәfindәn bir nеmәtlə əhatə olunmasın.” (“Mizаnul-hikmәt”, c.1, sәh.487.)

İmam Həsən Əskəridən (ə) 12 hədis
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap