Hizbullah Livanda hökumətin qurulmasının zəruriliyini bildirdi
Hizbullah Livanda hökumətin qurulmasının zəruriliyini bildirdi
Posted on : Digər sahələr 12/03/2019
Livanın Hizbullah hərəkatının İcraçı Birliyinin rəhbəri, indiki durumda siyasi araşdırma üçün vaxtın münasib olmamasını və hazırkı böhranı keçmək üçün hökumətin formalaşmasının zəruriliyini bildirib.
"Tashaio.com"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Haşim Səfi əl-Din, maraqlarına uyğun fəaliyyət göstərən bankların ümumi qanunlara tabe olmalı olduğunu və hər kəsin yaşanan böhranın aradan qaldırılması üçün öz töhfəsini verməli olduğunu bildirib. “Hökumət, Hizbullahın baxışları ilə həmfikirdir. Bu hakimiyyət bütün Livan problemlərini həll etmək, maliyyə və iqtisadi vəziyyəti nizama salmaq iqtidarındadır”, - deyə Haşim Səfi əl-Din bildirmişdir. Livan parlamentindəki müqavimət fraksiyasının lideri Muhəmməd Raad da hər hansı bir xarici qüvvələrin milli qərarlara təzyiq etməyə ixtiyarı olmadığını vurğulayıb. Onun sözlərinə görə korrupsiyaya qarşı mübarizə aparan fraksiya rəhbərləri də məhkəmələrdə olduğu kimi, hökumət sıralarında, məhkəmə işlərində və bütün sahələrdə səlahiyyətli tərəf kimi işlərini dürüst və şəffaf aparmalıdır.