header

 Nurəddin İran oğlu” kitabı Azərbaycanda tərcümə və çap olub

 Nurəddin İran oğlu” kitabı Azərbaycanda tərcümə və çap olub

Seyid Nurəddin Afinin 8 illik Müqəddəs Müdafiə dövrünə aid xatirələrindən söz açan “Nurəddin İran oğlu” kitabı Azərbaycan Respublikası yazıçılarından biri tərəfindən tərcümə olunaraq çap edilmişdir.

Redaksiyamızın “Tabriz Javan” saytına istinadla verdiyi xəbərə görə, döyüşçü və veteran Seyid Nurəddin Afinin 8 illik Müqəddəs Müdafiə dövründən söz açan “İran oğlu Nurəddin” kitabı Azərbaycan Respublikası müsəlman yazıçılarından biri tərəfindən tərcümə və çap edilmişdir. Kitab son günlərdə bu ölkənin bazarlarında satışa çıxarılmışdır.
“İran oğlu Nurəddin” kitabı Təbrizin Xələcan kəndnin 16 yaşlı sakininin rəvayətidir. O, digər döyüşçülər kimi cəbhəyə getmək üçün çox təlaş və zəhmətdən sonra ata-anasının və məsulların razılığını cəlb edir.
Nurəddin Azərbaycan yurdunun oğludur. Kitabın hər bir hissəsində azərbaycanlıların sədaqət, düzlük, səfa və səmimiyyət, sadəlik və şücaətinə toxunulur. Başqa sözlə, Azərbaycan yurdunun ruhu bu kitabda təcəlli etmişdir və hər kim Müqəddəs Müdafiədə azərilərin ruhiyyəsi ilə tanış olmaq istəyirsə, bu kitabı oxusun.
Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xamenei 1390-cı illərin sonlarında bu əsəri oxuduqdan sonra kitaba belə yazmışdır:
“Bu da səkkiz illik Müqəddəs Müdafiənin təlaşlı və möcüzəsayağı səhifəsinin ən gözəl əsərlərindən biridir. Həm ravi, həm də yazıçı doğduran da olduqca məharətli olmuşdur. Bu xatirələrin yumor və şirindilliklə qatılması ravinin zati zövqündən nəşələnir, yazıçının məharəti və incə təfəkkürü ilə yetişərək mətndə yer alır. Həmçinin ravinin açıq danışması və cürəti –adətən, xatirə hekayələrində deyilməmiş qalır– bu kitabın qabarıq və görkəmli xüsusiyyətlərindəndir. Kitabda nəzərə gələn tək nöqsan sözündən dönməyən, yaralı, dinc durmayan döyüşçü ilə yaşayışında acılıqları və çətinlikləri öz canına alan, könüllü olaraq onunla əzab-əziyyətli, lakin eyni zamanda savablı yoldaşlığı qəbul edən fədakar həyat yoldaşından söz açılmamasıdır.
Yatmazdan bir qədər əvvəl bu kitabla xoş və səfalı saatlar keçirdim. Vəl-həmdu lillah.”
“İran oğlu Nurəddin” kitabı nəşr edildikdən sonra “Mehr surəsi” nəşriyyatının ən çox satılan kitablarından olmuşdur. Tehranın kitab sərgisində də bu kitab oxucular tərəfindən çox yaxşı qarşılandı və sərginin rekord sahibi oldu.

Seyid Nurəddin Afinin 8 illik Müqəddəs Müdafiə dövrünə aid xatirələrindən söz açan “Nurəddin İran oğlu” kitabı Azərbaycan Respublikası yazıçılarından biri tərəfindən tərcümə olunaraq çap edilmişdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap