Səudiyyə rejimi 5 Əhli-Beyt (ə) ardıcılı barəsində edam hökmü verib
Posted on :
Digər sahələr
12/03/2019
Dekabrın 2-də Səudiyyə rejiminin məhkəməsi 5 Əhli-Beyt (ə) ardıcılı barəsində edam qərarı verib.
Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, Ər-Riyad Xüsusi Cəza Məhkəməsi ötən günki məhkəmə iclasında Qətif və Əl-Avamiyə bölgəsindən olan 5 nəfər haqqında edam qərarı çıxardıb.
Onlar Avamiyə bölgəsindən Əhməd Məhəmməd Əbu Abdulah, Musa Cəfər Al Samnan , Məhəmməd Əli Əl-əqili və Qətif bölgəsindən Mahmud İsa və Əmir Məhəmməd Əbu Abdulahdır.
Edama məhkum olunan Əhli-beyt (ə) ardıcılları “dövlətin təhlükəsizliyi əleyhinə” fəaliyyətdə ittiham olunurlar.
Qeyd edək ki, bir çox beynəlxalq insan haqları qurumları o cümlədən Amnesty İnternational, Human Rights Watch və Avropa Birliyi Səudiyyə Ərəbistanındakı edamları tənqid etsələr də ,Səudiyyə rejimi ölkədə fəaliyyət göstərən insan hüquqları fəallarına, müxalifətə və qadın fəallara qarşı repressiv tədbirlərini davam etdirir.