header

 Pakistanda tələbələrin kütləvi etiraz aksiyaları keçirilib

 Pakistanda tələbələrin kütləvi etiraz aksiyaları keçirilib

Pakistanda cümə namazından sonra on minlərlə tələbə və insan hüquqları müdafiələri ölkənin ən böyük şəhərlərində toplaşaraq etiraz aksiyaları keçirib.

Tashaio.com "APA"-a istinadən xəbər verir ki, nümayişçilərin əsas tələbləri tələbə ittifaqlarının - tələbə hüquqlarının qorunması ilə məşğul olan ictimai təşkilatların yenidən bərpası, həmçinin universitetlərin ərazisində siyasi fəaliyyətlə məşğul olmağa icazə verilməsi olub.
 
Pakistanın Elm və Texnologiya naziri Favad Çoudri də tələbələrlə həmrəy olduğunu bildirib. 
 
O, tələbə birliklərinin bərpasını tamamilə dəstəklədiyini deyərək, bu qadağanı anti-demokratik addım kimi qiymətləndirib. 
 
Qeyd edək ki, Pakistanda tələbə birliklərinin fəaliyyətinə qadağa 1984-cü ildə prezident Ziya-ul-Haq tərəfindən tətbiq edilib. Həmçinin həmin ildən kollec və universitetlərə qəbul olunan tələbələrdən təhsil müəssisələrinin ərazisində hər hansı siyasi fəaliyyətlə məşğul olmayacaqları barədə müvafiq sənədə imza atmaları tələb olunurdu. 
 
Yerli mütəxəssislərin fikrincə, tələbələrin hüquqlarını qoruyan birliklərə qoyulan qadağa bir sıra mənfi nəticələrə, o cümlədən qadın hüquqlarının pozulmasına, korrupsiyanın inkişafına, eləcə də təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Pakistanda cümə namazından sonra on minlərlə tələbə və insan hüquqları müdafiələri ölkənin ən böyük şəhərlərində toplaşaraq etiraz aksiyaları keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap