header

 İlham Əliyev niyə onu tərifləyib məmurların zülmündən şikayət edənlərə baxmır

 İlham Əliyev niyə onu tərifləyib məmurların zülmündən şikayət edənlərə baxmır

Azərbaycanda qəribə hadisələr baş verməyə davam edir. Deməli, indiyə qədər nə qədər vətəndaş İlhamın, Mehribanın şəkillərini götürüb dövlət idarələrinin önündə etiraz aksiyaları keçirib. Amma heç birinin dərdinə çarə edən olmayıb. Yəni ən azından belə bir şey olsaydı, yəni onların dərdlərini dinləyən olsaydı bu ictimaiyyətdə bilinərdi. Necə ki, şikayət etmələri yutuba, digər sosial şəbəkələrə qoyulur, onların dərdlərinə çarə etsəydilər, təbii ki, bu da çəkilib internetə qoyulardı. Deməli, belə bir şey baş verməyib.

İndi gələk sualımıza. Deməli, xalq bu qədər öz dərdini deyir, etiraz edir, məmurlardan şikayət edirlər, avropa ölkələrinə mühacirət edib İlham Əliyevə səslənirlər, amma daş-divar eşidir, Əliyev eşitmir. Burada təbii ki, iki nüans vardır. Biri budur ki, İlham Əliyev elə atası Heydər Əliyevdən aldığı tərbiyə əsasında məmurları əvvəlcə qudurdur, xalqın başına mindirir, elə şərait yaradır ki, xalq məmurlardan bezsin və İlham Əliyevə “pənah aparsın.” Bundan sonra İlham Əliyev özünə hörmət qazanır. İkinci ehtimal budur ki, İlham Əliyev özü də bilir ki, nazirləri, məmurları, icra başçılarını, hətta deputatları, hətta az qalıb məktəbə müəllimələri də özü seçir, təyin edir, deməli onlar söyüləndə, xalq onlara etiraz edəndə elə birbaşa Əliyevə etiraz etmiş olurlar.
Təbii ki, birinci variant doğru ola bilməz. Çünki əgər Əliyev məmurları xalqın başına mindirib onlardan şikayət edən xalqın gözündə özünü hörmətli etmək istəsəydi, xalqın dərdlərini eşidər, problemlərini həll edərdi. Beləliklə də xalqın hörmətini qazanardı. Amma vəziyyət necədir? İlham Əliyevin xalqın gözündə heç bir dəyəri, hörməti yoxdur. Deməli, birinci variant düz deyil. Onda ikinci variantın üzərində dayanmaq lazımdır. Yəni, İlham Əliyev ona görə onun məmurlarından ona şikayət edən xalqın dərdinə qulaq asmır ki, bu, onun xoşuna gəlmir. Niyə? Çünki Azərbaycanda diktatura hökm sürür. Bütün ölkə bir adamın, yaxud bir ailənin əlindədir. İlhamın isə çestinə dəyir ki, niyə xalq onun təyin etdiyi məmurları sevmir, şikayət edir, etiraz edir? Axı Əliyev gözəl bilir ki, onun təyin etdiyi məmuru sevməmək onun sərəncamının səhv, fikrinin yanlış, siyasətinin uğursuz olduğu mənasına gəlir. Buna görə də xalq onu sevmədikcə, məmurlarından şikayət etdikcə o da xalqa nifrət edir. Xalqa nifrət etdikcə də məmurlara xalqı daha çox əzməyi tapşırır. Xalq məmurlar tərəfindən əzildikcə daha çox etiraz edir və etiraz etdikcə də İlham qıcıqlanır. Beləliklə də xalq zülm görməyə davam edir.

Azərbaycanda qəribə hadisələr baş verməyə davam edir. Deməli, indiyə qədər nə qədər vətəndaş İlhamın, Mehribanın şəkillərini götürüb dövlət idarələrinin önündə etiraz aksiyaları keçirib. Amma heç birinin dərdinə çarə edən olmayıb. Yəni ən azından belə bir şey olsaydı, yəni onların dərdlərini dinləyən olsaydı bu ictimaiyyətdə bilinərdi. Necə ki, şikayət etmələri yutuba, digər sosial şəbəkələrə qoyulur, onların dərdlərinə çarə etsəydilər, təbii ki, bu da çəkilib internetə qoyulardı. Deməli, belə bir şey baş verməyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap