header

 Amerikalı senator qondarma erməni soyqırımı qanun layihəsinə blok qoydu

 Amerikalı senator qondarma erməni soyqırımı qanun layihəsinə blok qoydu

ABŞ Senatında cümhuriyyətçi senator Lindsi Qraham Senat tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” olaraq tanınmasını nəzərdə tutan qanun layihəsinə blok qoyub.

Tashaio.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Senatda demokrat Bob Mendendez qanun layihəsinin səsverməyə çıxarılmasını tələb edib.
 
Qraham isə buna qarşı çıxıb:
 
“Senatorlar tarixi yenidən yazmamalıdır və onu olduğundan fərqli göstərməməlidir. Ümid edirəm Türkiyə və Ermənistan bir araya gələr və bu problemi həll edərlər”.
 
Qraham həmçinin bundan öncəki səsvermənin keçmişə baxaraq deyil, Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə baxaraq edildiyini də bildirib.
 
Qeyd edək ki, ABŞ Senatında hər hansı senator qanun layihələrinin səsverməsinə qarşı çıxaraq onu blok edə bilir.
ABŞ Senatında cümhuriyyətçi senator Lindsi Qraham Senat tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” olaraq tanınmasını nəzərdə tutan qanun layihəsinə blok qoyub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-14-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap