Qəzza müqaviməti İsrail rejiminə sarsıdıcı zərbə vurmağa davam edir
Posted on :
Digər sahələr
11/14/2019
Qəzza müqaviməti İsrail rejiminin təcavüzkar hücumlarına cavab olaraq, Fələstinin işğal olunmuş ərazilərində işğalçı rejimin Sderot, Askalan, Yafna, Hadara, Kiryat Sloman, Kiryat Qad, Natzarim, Nitifut, Eşkul və Aşdod qəsəbələrini onlarla raketlə vurub.
Qəzza müqaviməti İsrail rejiminin təcavüzkar hücumlarına cavab olaraq, Fələstinin işğal olunmuş ərazilərində işğalçı rejimin Sderot, Askalan, Yafna, Hadara, Kiryat Sloman, Kiryat Qad, Natzarim, Nitifut, Eşkul və Aşdod qəsəbələrini onlarla raketlə vurub. Vurulan qəsəbələrdə onlarla maşın və evin istifadəyə yararsız hala düşdüyü bildirilib.
Tashaio.com xəbər verir ki. Qəzza müqaviməti İsrail rejiminin Askalan və Sderot qəsəbələrini 20 ədəd Qrad raketiylə vurması nəticəsində 2 fabrik ilə 5 evin yandığı bildirilib.
Qəzza müqaviməti sionist işğalçılara aid bir hərbi cipi içindəkilərlə birlikdə Qəzza sərhədində patrul çəkərkən idarə olunan raketlə vuraraq məhv edib.
İslami Cihad hərəkatının hərbi qanadı olan Qüds Mühafizəçilərinin az əvvəl Qəzza sərhəd bölgəsində toplaşan bir qrup sionist hərbiçini artilleriya ilə vurması nəticəsində sionistlər arasında ölən və yaralıların olduğu bildirilib.
Qəzza müqaviməti sərhəd bölgələrinə yaxın Kərəm Əbu Salim, Nirim, Nəhili Uz, Savfa və Şimun hərbi bazalarını ən azı 20 ədəd minaatan mərmisi ataraq vurub. Vurulan bazalarda güclü partlamalardan sonra tüstülərin yüksəldiyi qeyd olunub.
Sionist İsrail rejiminə məxsus PUA-ların Qəzzanın Xan Yunus bölgəsində sionist hədəflərinə raket atan Süheyl Əl-Xızırı ilə Mömin Məhəmməd Kaddum adlı İslami Cihadın iki mücahidini vuraraq şəhid edib.
Sionist İsrail rejimi döyüş təyyarələrinin bu gün (13 noyabr) səhərdən etibarən Qəzzanın müxtəlif qəsəbələrindəki yaşayış məskənlərini vurması nəticəsində 8 fələstinli şəhid olub. Dünən ilə birlikdə şəhid olan fələstinlilərin sayı 22-ə çatıb.
Qeyd edək ki, 12 noyabr səhər saatlarından başlayaraq 13 noyabr saat 17:30-dək Qəzza zolağından Fələstinin işğal olunmuş ərazilərində işğalçı rejimin qəsəbələrinə 360-a yaxın raket buraxılıb.
Qəzza-müqaviməti-İsrail-rejiminə-sarsıdıcı-zərbə-vurmağa-davam-edir
8 23, 1398
by
adminevent
10
admin
Qəzza müqaviməti İsrail rejiminin təcavüzkar hücumlarına cavab olaraq, Fələstinin işğal olunmuş ərazilərində işğalçı rejimin Sderot, Askalan, Yafna, Hadara, Kiryat Sloman, Kiryat Qad, Natzarim, Nitifut, Eşkul və Aşdod qəsəbələrini onlarla raketlə vurub.
Written by: admin
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
admin
Starts: 11-14-2019
Ends:
Duration: