header

 Azərbaycanlı gənclər İrana getdi – Dostluq həftəsi

 Azərbaycanlı gənclər İrana getdi – Dostluq həftəsi

Azərbaycan Respublikası gənclərindən ibarət nümayəndə heyəti 8 noyabr tarixində Azərbaycan və İran gəncləri dostluq həftəsi keçirmək məqsədilə İrana səfər edib.

Bu səfər zəngin proqrama malikdir, belə ki, qonaqlar səfər çərçivəsində məsul şəxslərlə, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcəklər. Həmçinin onlar İslam İnqilabının qurucusunun müqəddəs məqbərəsini və şəhidlər xiyabanını ziyarət edəcək, İdman və Gənclər nazirliyinin məsul şəxsləri ilə görüşəcək, müqəddəs müdafiə muzey-bağ komleksini, Tehran kitabxana kompleksini, innovasiyalar kompleksini, parlamenti ziyarət edəcək, gənclər fraksiyasının rəhbəri ilə görüşəcək və bir neçə mədəni proqramda iştirak edəcəklər.

Daha sonra nümayəndə heyəti çərşənbə axşamı müqəddəs Məşhədə səfər edəcəklər. Onlar burada İmam Rzanın müqəddəs məqbərəsini ziyarət edəcək, Astane Qodse Rəzəvi muzeyinə və Məşhəd gənclər evinə baş çəkəcəklər. Həmçinin onlar Xorasan Rəzəvi vilayətinin gənclər vətəndaş cəmiyyəti məclisi ilə görüş keçirəcəklər.

Semnan vilayətinə səfər edəcək, bu vilayətin gənclər vətəndaş cəmiyyəti məclisinin seçkilərini müşahidə edəcək və tarixi məkanlarını ziyarət etdikdən sonra Tehrana qayıdacaqlar.

Belə ki, Azərbaycan Respublikası gənclərindən ibarət nümayəndə heyəti cümə günü Neqarestan kompleksinə, Məşq meydanına, Tehran İnqilab İdman mədəniyyət klubuna, Milad və Tehran qülləsinə baş çəkəcək və İdman və Gənclər nazirinin gənclərlə iş üzrə muavini Məhəmməd Mehdi Təndquyanın iştirakı ilə öz ölkələrinə yola salınacaqlar.

Azərbaycan Respublikası gənclərindən ibarət nümayəndə heyəti 8 noyabr tarixində Azərbaycan və İran gəncləri dostluq həftəsi keçirmək məqsədilə İrana səfər edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap