header

 Gürcüstanın ilk LGBTQ filminə etirazlar – həbs olunanlar var

 Gürcüstanın ilk LGBTQ filminə etirazlar – həbs olunanlar var

Gürcüstanın ilk LGBTQ filmi – “Sonra biz rəqs etdik” (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

 Gürcüstanın ilk LGBTQ filmi – “Sonra biz rəqs etdik” (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

BBC News Rusca müxbiri Nina Axmetelinin verdiyi məlumata görə Tbilisi və Batumidə keçirilmiş etirazlarda onlarla insan saxlanılıb.

Levan Akinin çəkdiyi film gürcü rəqslərinin ifaçısı Merabın Gürcüstan Milli Rəqs Ansamblında məşq edərkən öz cinsi orientasiyasını öyrənməsindən bəhs edir.

Gürcü əslli isveçli rejissor Levan Akin Variety jurnalına müsahibəsində bildirib ki, o, bu filmdə “mühafizəkar cəmiyyətdə homoseksuallığa qarşı mübarizənin çətinliyi, yeni nəsildəki ümidlər və incəsənət və ənənələrin oynadığı roldan” bəhs etmək istəyib.

Sonra biz rəqs etdik filmi Chicago Beynəlxalq Film Festivalı və Sarayevo Film Festivalı da daxil olmaqla, bir neçə mükafata layiq görülüb. Film həmçinin London və Cannes film festivallarında da nümayiş etdirilib.

İsveç bu filmi ən yaxşı xarici film nominasiyası üzrə Oscar-a təklif edib.

Lakin film Gürcüstanda həm dindarların, həm də mühafizəkar qrupların etirazlarına səbəb olub.

Akin millətçi qrupları tənqid edərək insanları Gürcüstanda “qara qüvvələrə” qarşı mübarizəyə səsləyib.

Gürcüstanın Pravoslav Kilsəsi filmin premyerasını tənqid edib və nümayişi “kilsəyə qarşı hücum” adlandırıb.

Gürcüstanın ilk LGBTQ filmi – “Sonra biz rəqs etdik” (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap