header

 Bakıda anlaşılmaz görüş və onun təhqiramiz nəticələri

 Bakıda anlaşılmaz görüş və onun təhqiramiz nəticələri

Bakıda anlaşılmaz görüş və onun təhqiramiz nəticələri

25 oktyabrda Azərbaycan Respublikası Milli İstiqlal Partiyasının sədr müavini Arzuxan Əlizadə bu ölkəyə aid “ovqat.com” saytında dərc olunan məqaləsində təhqiramiz başlıqla İran İslam Respublikasının hörmətli prezidentinə müraciət edərək yazıb: “Şeyxülislam sənin əlini öpdüyün adamdan daha böyük şəxsiyyətdir.”

O, məqaləsinin davamında İran İslam Respublikasının Bakıdakı səfirliyində Şeyxülislam Paşazadənin İran prezidenti ilə baş tutan görüşü barədə aid olmayan və böhtan xarakterli iradlar edib.

Bu dırnaqarası siyasətçi belə görünür ki, Qafqaz Müsəlmanları İdarəsinin “sədri” Şeyxülislam Paşazadənin İran prezidenti ilə görüşündə Azərbaycan Respublikası bayrağından istifadə edilməməsi, İranın rəsmi saytında dərc olmuş foto növü və xəbərlərin onu əks etdirməsi tərzi (Paşazadənin İran prezidentinə hesabat verməsi) xoşuna gəlmədiyindən bunu bir növ siyasi nəzakətsizlik hesab edib və bu siyasi nəzakətsizliyi 3 min illik dövlətçilik tarixinə malik bir ölkənin rəhbərinə uyğun bilməyib.

Arzuxan Əlizadə habelə, İran İslam Respublikasında dini rəhbərliyin yeri və əhəmiyyətinə toxunaraq onu siyasi rəhbərlikdən daha mühüm bilib, siyasi ərsədə İslam İnqilabının Böyük Rəhbərinin hörmət, iqtidar və səlahiyyətinə, ölkədə əsas söz sahibinin rəhbərlik olmasına (İİR Konstitusiyasına əsasən, digər dövlət strukturları onun tabeliyindədir) işarə edib, sonra iki ölkəni bu sahədə yersiz müqayisə edərək Paşazadəyə hörmətsizliyi digər ölkənin dini rəhbərinə hörmətsizlik sayaraq bu hərəkəti tənqid etmişdir. Məqalənin ardında qeyd edir ki, (Rəhbərliyin ən ali məqama sahib olmasına diqqət etməklə heç bir səlahiyyətə malik olmayan) İran prezidenti öz qisasıını digər bir ölkənin dini lideri və onun fikrincə təkcə Azərbaycan Respublikasının deyil, bütün Qafqazın şeyxi olan Paşazadədən almaq istəyir. Bu arada müəllif bir az da həddi aşaraq Paşazadənin vəzifəsini o qədər şişirtmişdir ki, hətta onun məqamını İnqilabın Böyük Rəhbərinin məqamından da üstün bilmişdir.

Şeyxülislam Paşazadənin İran prezidentinə hesabat verməsi müəllifin mənfi münasibət bildirdiyi digər bir mövzudur.

AMİP sədr müavininin təhqiramiz, nadancasına və qərəzli yazılarına diqqət etməklə məlum olur ki, o, xüsusi qərəzlər ardınca olmuşdur. Bu barədə bir neçə əsas məsələyə toxunmaq daha zəruri görünür.

İran prezidenti ilə görüşdə Azərbaycan Respublikası bayrağından istifadə olunmaması barədə demək lazımdır; Şeyxülislam Paşazadə siyasi rəsmi şəxs deyil, bir “dini” idarənin rəhbəri sayılır. Belə ki, hətta öz ölkəsinin dindarları arasında da elə bir diqqəti çəkən yeri və bazası yoxdur. O, siyasi məqam sayılmadığı üçün əsasən, görüşdə Azərbaycan Respublikası bayrağından istifadə etmək zərurəti yaranmayıb.

Habelə, görüşdən çəkilmiş mövcud fotolarda heç bir hörmətsizlik, diplomatiyadan qıraq bir hərəkət görünmür və şeyxi İranın prezidenti və diplomatik heyəti ilə üz-üzə müşahidə edirik.

Azərbaycan Respublikasının bir dini idarə sədrinin eyni dindən olan, özü də şeyx və ruhani olan digər bir ölkənin başçısına hesabat verməsinin heç bir iradı yoxdur və bu adi bir məsələ sayılır.

İran prezidentinin Qafqaz Müsəlmanları İdarəsinin sədrinin intiqam almaq iddiası isə məqalə müəllifinin çox qəribə və təəccüblü bir iddiasıdır. Bunu hansı dəlil-sübut əsasında deməsi məlum deyildir.

Bu üzdən görürük ki, müəllifin irad və tənqidləri heç vəchlə məqbul deyildir, onun həqiqətin ziddinə və təhqiramiz olan yazılarının heç bir məntiqi əsası yoxdur.

Diqqəti çəkən digər mühüm məsələ budur ki, məqalənin müəllifi öz yazılarında Şeyxülislam Paşazadənin məqamını bir dini ali məqam və şəxsiyyət səviyyəsində yuxarı qaldırmağa səy edir, hətta xəyalpərəstlik edərək onun məqamını dünya səviyyəli, müsəlmanların qəlblərinin sevimlisi olan bir Rəhbərdən yuxarı hesab edir. Aydındır ki, Şeyxülislam Paşazadənin məqam və dərəcəsi heç vaxt hökumətə bağlı bir dini idarənin sədrliyi vəzifəsindən artıq olmayıb. Belə ki, öz ölkəsinin və digər İslam ölkələrinin mühüm və həssas məsələlərində öz vəzifəsini dini bir idarənin sədrliyi səviyyəsindən yuxarı bilməyib, müsəlmanların düçar olduğu məsələlər barədə öz narahatlığını ifadə etməli bir idarənin rəhbəri kimi vəzifəsinə yetərincə əməl etməyib. Azərbaycan Respublikasında hicab qadağası, məscidlərin dağıdılması, islami müqəddəslərə hörmətsizlik, islamçılara qarşı repressiyalar kimi məsələlər barədə şeyxin zəif və təsirsiz mövqei onun məqamının hansı səviyyədə olduğunu aydın göstərir.

Şübhəsiz, AMİP-ın sədr müavininin belə təhqiramiz, məntiqsiz, ağılsız sözləri deməkdə əsas məqsədi iranlı heyətin Bakıya səfəri vaxtı iki ölkənin inkişafda olan münasibətlərini təsir altına salmaq, İranın sionist rejim və Amerika kimi düşmənlərinə xidmət göstərmək, qulluqbazlıq etmək olmuşdur. Çünki hər vaxt iki müsəlman və qonşu ölkə münasibətlərinin şahidi oluruqsa, İran və Azərbaycan xalqlarının dostluğunu gözü götürməyən və vəziyyəti məlum ünsürlər əsassız və həqiqətdən uzaq iddialar ortaya ataraq iki ölkə münasibətləri yolunda maneə yaratmağa təlaş edirlər. Bu arada İran İslam Respublikasının Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyinin Azərbaycan Respublikasında bir siyasi partiya vəzifəlisinin kobud və həyasızcasına sözlərinə qarşı passiv hərəkəti təəssüf doğurur. Gözlənti bu idi ki, ən azından özünü və İran İslam Respublikasını müdafiə etmək üçün reaksiya versin.

Bakıda anlaşılmaz görüş və onun təhqiramiz nəticələri
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap