header

 Seyid Həsən Nəsrullah: “Livan xalqı ölkədə xaos hiyləsinin qarşısını aldı”

 Seyid Həsən Nəsrullah: “Livan xalqı ölkədə xaos hiyləsinin qarşısını aldı”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ölkədə baş verən son prosesləri qiymətləndirib.

Tashaio.com Mehrə istinadən xəbər verir ki, Seyyid Həsən Nəsrullah noyabrın 1-i təşkil olunan bir tədbirdə çıxış edərək bunları deyib: “Bəzi media qurumları sözlərimizi tamamilə təhrif edir. Yaxın müddətdə ölkədəki etirazlarda buna şahid olduq. Livan vətəndaşları son iki həftə ərzində bəzilərinin ölkədə xaos yaratmaq hiyləsinin qarşısını ala bildilər.

 

Əlimizdəki məlumatlar əsasında kimin (gərginlik yaratmaq üçün) pul xərclədiyini və kimin (ölkəni) xaosa istiqamətləndirməyə çalışdığını bilirik”.

 

“Şübhəsiz ki, Livanı vətəndaş müharibəsinə aparmaq cəhdləri olmuşdur. Ölkəni xaos və qarşıdurmaya sürükləmək istəyənlər güclü şəkildə meydanda idilər”, - deyən Seyid Həsən Nəsrullah, onların təhrikedici hərəkətlərlə ölkədə qarşıdurma yaratmaq istədiklərini bildirib.

 

“Vətəndaşların tələbləri siyasi qruplar tərəfindən istifadə edilməməlidir. Siyasi qruplar və vətəndaşlar arasında qarşıdurma axtaranların planlarına mane olmaq lazımdır”, - deyən Seyid Həsən Nəsrullah, belə davam edib: “Hizbullah vətəndaşların haqlı tələblərini və ölkənin təhlükəli vəziyyətini nəzərə alaraq məsuliyyətli mövqeyi ilə vəziyyəti aydınlaşdırmağa çalışır”.

 

Livanın baş naziri Səəd Həririnin istefasını qiymətləndirən Seyid Həsən Nəsrullah, bunları qeyd edib: “Hizbullah hadisələrin lap əvvəlindən istefanın tərəfdarı deyildi və xalqın səsinin eşidilməli olduğunu söyləmişdi. Hizbullahın təklifi, hökumətin xalq nümayəndələri ilə görüşməsi, korrupsiya ilə mübarizə və məhbusların azadlığa buraxılması üçün yeni qanunların çıxarılması və vətəndaşlara tələblərinin qarşılandığını hiss etdirmək idi”.

 

İndiyə qədər Livanda Hizbullah adına heç bir hökumətin qurulmadığını bildirən Seyid Həsən Nəsrullah, bəzilərinin hökumətin müvəffəqiyyətsizliyi mövzusunda Hizbullahı ittiham etmək istədiyini söyləyib.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ölkədə baş verən son prosesləri qiymətləndirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap