header

 Tofiq Yaqublunun üzərində işgəncə izlərinin qaldığı bildirilir

 Tofiq Yaqublunun üzərində işgəncə izlərinin qaldığı bildirilir

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun üzərində hələ də işgəncə izlərinin qaldığı deyilir.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun üzərində hələ də işgəncə izlərinin qaldığı deyilir. Bu barədə oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində danışılıb.

Məhkəmədə Tofiq Yaqublu haqqında 30 günlük həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli onun ekspertizadan keçirilməsi, üzərindəki xəsarət izləriylə bağlı rəy alınması barədə vəsatət qaldırıb. Vəkil deyir ki, Ali Məhkəmənin qərarı var, əgər hakim mühakimə etdiyi şəxsin üzərində xəsarət görürsə, şəxs özü də işgəncəyə məruz qaldığını bildirirsə, bu halda mütləq ekspertiza təyin etməlidir: "Təəssüf ki, Nəsimi rayon Məhkəməsinin hakimi bu məsələyə münasibət bildirməyib. Tofiq Yaqublunun bildirdiyinə görə, o, məhkəmədə məruz qaldığı işgəncələri danışıb. Amma məhkəmə qərarında bu barədə heç nə yoxdur".

İş ilkin instansiyaya qaytarılıb

Tofiq Yaqublunun ona danışdıqlarına əsaslanan vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs üzərindəki xəsarətlərə görə Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. O, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gətirilərkən orada da müayinədən keçirilib. Vəkil məhkəmədən xahiş edib ki, hər iki quruma sorğu göndərilsin və müayinələrin nəticələri istənilsin.

Vəkil deyir ki, başqa bir qanun pozuntusu birinci instansiya məhkəməsindəki iclas protokolunun bu günə qədər nə Tofiq Yaqubluya, nə də müdafiəçi kimi ona tanış olmağa verilməməsidir:

"Xahiş edirik, siz bizə iş materiallarındakı məhkəmə iclas protokolu ilə tanış olmağa şərait yaradasınız...".

Hakim Əflatun Qasımov vəkilin bu istəyi ilə razılaşıb və iş materiallarını ona təqdim edib. Təxminən 15 dəqiqə ərzində materiallarla tanış olan vəkil protokolların saxtalaşdırıldığını bildirib. Deyib ki, protokol məhkəmədə baş verənləri əks etdirmir. Nemət Kərimli bu barədə qeydlərini yazılı təqdim edib. Bununla əlaqədar apellyasiya məhkəməsi qərar verib ki, həmin qeydlər işlə birlikdə Nəsimi rayon Məhkəməsinə göndərilsin. Tofiq Yaqublu haqqında qərar vermiş hakim vəkilin qeydlərinə münasibət bildirdikdən sonra bu işə apellyasiya məhkəməsində baxılacaq.

Xatırlatma
Tofiq Yaqublu müxalifət qüvvələrini birləşdirən Milli Şuranın 19 oktyabr aksiyası zamanı saxlanıb, Nəsimi rayon Məhkəməsi ona İnzibati Xətalar Məcəlləsinin 513.1 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi üzrə 30 gün həbs cəzası kəsib.

Həbsindən bir neçə gün sonra Yaqublu ilə görüşmüş vəkil onun üzərində işgəncə izlərinin olduğunu demişdi. Ancaq deyilənlərə rəsmi qurumlardan münasibət bildirilməyib.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Polis Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayan aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) həmin aksiyada 60 nəfərin saxlandığını, onlardan 18 nəfərinin işinin məhkəməyə göndərildiyini bildirib. (RFERL)

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun üzərində hələ də işgəncə izlərinin qaldığı deyilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap