header

 Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb

 Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb

Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

"Report" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Qurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğız Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev, həmçinin MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edirlər.

 

Toplantı zamanı Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.

 

İclasda "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə olunacaq, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, "Elmə başlanğıc" İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.

 

Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.

Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap