header

 Ayətullah Amili: Amerika Konqresi üzvlərinin Qarabağa səfəri Azərbaycan dövləti və xalqına xəyanətdir

 Ayətullah Amili: Amerika Konqresi üzvlərinin Qarabağa səfəri Azərbaycan dövləti və xalqına xəyanətdir

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: “Amerika, Konqres üzvlərindən üç nəfərini işğal edilmiş Qarabağa göndərməklə Azərbaycan Respublikası dövləti və xalqına xəyanət etdi.”

Ayətullah Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazı xütbələrində deyib: “Bu həftə Amerika Azərbaycan Respublikasına böyük xəyanət etdi. Amerika Konqresinin üzvlərindən üç nəfər Qarabağa səfər etdi, onun qondarma prezidenti ilə görüşdü və Qarabağın müstəqilliyi ilə bağlı müzakirə apardı. Bu hərəkətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və dövlət hakimiyyətini aşkarcasına pozmuşdur. Bu hərəkətlə Amerika neytrallıqdan çıxmış, Minsk qrupu öz qanuniliyini itirmişdir.”

Cümə namazı xətibi əlavə edib: “Amerikanın bu addımı Azərbaycan Respublikasının həm xalqına, həm də dövlətinə açıq və böyük hörmətsizlikdir. Konqres üzvləri bundan əvvəl də belə xəyanətə düçar olmuşdur, Qarabağa səfər etməklə, onun qondarma prezidenti ilə görüşməklə və Qarabağ Parlamentində çıxış etməklə özlərinin Azərbaycan Respublikası dövlət və xalqına nifrət və hörmətsizliyini göstəriblər.”

Həzrət Ayətullah Amili daha sonra deyib: “Biz İranda bu təhqir və xəyanətə görə bərk narahatıq və gözləntimiz budur ki, Azərbaycan dövləti Azərbaycan Respublikası xalqının müqəddəs qürurunun bundan artıq sınmasına icazə verməsin. Amerika hər il qondarma Qarabağ hökumətinə milyonlar dollar yardım edir, beynəlxalq qayda-qanunların ziddinə olaraq Qarabağa səfər üçün viza verir. Halbuki, qondarma Qarabağ hökuməti Birləşmiş Millətlər Təşkilatının üzvü deyil. Amerikanın bu addımı sübut etdi ki, Amerika Azərbaycan Respublikası üçün güvəniləsi bir ölkə deyil.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi əlavə edib: “Amerika dövlət katibinin müavini Corc Kent Ermənistan baş naziri ilə görüşündə dedi ki, Amerikanın Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqei hərbi gücdən istifadə etməmək, ərazi bütövlüyü və xalqın öz taleyini həll etmək haqqıdır. Onun “taleyi həll etmək haqqı” ifadəsindəki məqsədi Qarabağda referendumun baş tutuması idi. Çünki o yaxşı bilir ki, müsəlmanlar Qarabağdan çıxarılmışdır.”

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: “Amerika, Konqres üzvlərindən üç nəfərini işğal edilmiş Qarabağa göndərməklə Azərbaycan Respublikası dövləti və xalqına xəyanət etdi.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-21-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap