header

 İran xarici işlər naziri Türkiyənin Suriyanın şimalına hərbi hücumunun dayandırılmasını vurğulayıb

 İran xarici işlər naziri Türkiyənin Suriyanın şimalına hərbi hücumunun dayandırılmasını vurğulayıb

İranın xarici işlər naziri Türkiyə ordusunun Suriyanın şimalına hərbi hücumunun dayandırılması vacibliyini vurğulayıb.

Məhəmməd Cavad Zərif dünən tvitter-dəki şəxsi hesabında Suriyanın şimalına qarşı hərbi hücum barədə yazıb ki, bu ölkəyə hücum başa çatmalı, Adana razılaşması əsas götürülməli, humanitar beynəlxalq hüquq normalarına riayət olunmalıdır.

Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın Suriyanın şimalındakı siyasi, hərbi və təşkilati fəaliyyətlərinin artması ilə Türkiyə və Suriya terrorizmlə mübarizədə əməkdaşlıq haqqında “Adana Sazişi” imzaladılar.

İran xarici işlər naziri Adana Sazişi çərçivəsində bütün narahatlıqları vurğulayaraq əlavə edib ki, mülki vətəndaşlar və yaraqlılar arasında fərq qoyulmalıdır.

Türkiyə ordusunun Suriyanın şimalına hücumu, “terrorizmlə mübarizə” və “Suriya-Türkiyə sərhədinin Ankaranın terrorçu adlandırdığı kürdlərdən təmizlənməsi” bəhanəsi ilə çərşənbə günü, oktyabrın 9-da başladı və indi də davam etməkdədir.
Türkiyənin Suriyanın şimal bölgələrinə, o cümlədən əl-Riqqə və əl-Həsəkə şəhərlərinə hücumu geniş beynəlxalq və regional qınaqla üzləşibdir.

İranın xarici işlər naziri Türkiyə ordusunun Suriyanın şimalına hərbi hücumunun dayandırılması vacibliyini vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap