header

 Vəkil və jurnalistlər Əfqan Muxtarlının azadlığa buraxılmasını istəyirlər

 Vəkil və jurnalistlər Əfqan Muxtarlının azadlığa buraxılmasını istəyirlər

Əfqan Muxtarlının vəziyyətinin pisləşməsiylə bağlı vəkili xəbər yayıb.

Vəkil Əfqan Muxtarlının şəkər və qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir”.
“Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyin bərpası günü qeyd olunacaq. Bu bayram münasibətilə Ə. Muxtatlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinı, uşaqlarına bayram töhvəsi olardı. Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”, – Nemət Kərimli bildirib.
Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulur, Azərbaycan ictimaiyyətini də onu dəstəkləməyi səsləyir.
Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağa xahiş edirlər və bunun bütünlüklə ölkədəki mühitin də sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildirirlər.
Jurnalistlərin bu çağırışına deputat Çingiz Qənizadə, hüquq müdafiəçisi Novella Cəfəroğlu və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də qoşulub.
Əfqan Muxtarlının vəziyyətinin pisləşməsiylə bağlı vəkili xəbər yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap