header

 Ərbəin zəvvarlarının təhlükəsizliyi belə qorunur

Həzrət İmam Hüseynin (ə) Ərbəin ziyarəti günlərində zəvvarların təhlükəsizliyini İraq ərazisində İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds qüvvələri, "Həşdi Şəbi" qüvvələri və İraq polisi qoruyacaq.

Maide.Az xəbər verir ki, bunu Sepah-ın sözçüsü general Ramazan Şərif deyib.
 
R.Şərif bildirib ki, zəvvarların təhlükəsizliyinin təmini üçün xüsusi plan hazırlanıb.
 
“Təhlükəsizlik qüvvələri bütün yol boyu, eyni zamanda müqəddəs şəhərlərdə zəvvarları qoruyur. Yürüş iştirakçılarının rahat hərəkətini təmin etmək məqsədilə mövcud infrastrukturun təkmilləşdirilməsinə də yardım göstərilir. Bundan başqa təhlükəsizlik qüvvələri İraq ərazisində daşınma, tibb və yerləşdirilmə xidmətləri də göstərirlər”.
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
 
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
 
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.
Həzrət İmam Hüseynin (ə) Ərbəin ziyarəti günlərində zəvvarların təhlükəsizliyini İraq ərazisində İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds qüvvələri, "Həşdi Şəbi" qüvvələri və İraq polisi qoruyacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap