header

 Əl-Qaidanın Cənubi Asiya lideri öldürülüb

Əl Qaidanın Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb

Əl Qaidanın Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb.

Açıqlamada deyilir ki, ötən ay keçirilən birgə əməliyyat (NATO qüvvələrinin də qatıldığı əməiyyat üçün istifadə olunan termin) nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb.

Əsir götürülən şəxslər aqrasında bəzi Pakistan vətəndaşları da olub.

1974-76-cı illər arasında doğulduğu güman edilən Ömər əslən Hindistanın Uttar Pradeş regionundandır.

2016-cı ildə ABŞ Maliyyə Nazirliyi onu terror siyahısına əlavə edib.

23 sentyabrda təşkil olunan reydin ardınca mülki vətəndaşlar arasında çox sayda itkilərin baş verdiyinə dair məlumatlar dolaşmağa başladı.

Helmənd vilayət rəsmisi hava zərbəsi nəticəsində qadın və uşaqlar daxil olmaqla toya gəlmiş 40-a yaxın adamın həlak olduğunu bildirmişdi.

Hacı Əbdül Məcid Axund Amerikanın Səsinə demişdi ki, hücumun baş verdiyi məkanda toy keçiriləcəyinə dair vilayət rəsmilərinə qabaqcadan məlumat verilmişdi.

Həmin vaxt Washington Post qəzetinə danışan ABŞ rəsmisi Musa Qala rayonunda həyata keçirilən əməliyyatın Əl Qaidanı hədəf aldığını bildirmişdi.

Əl Qaidanın Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap