header

 İranda Instagram yolu ilə məşhurlaşan Sahar Tabar niyə həbs olunub?

İranda amerikalı aktrisa Angelina Jolie-yə bənzəmək üçün dəfələrlə kosmetik əməliyyat keçirdiyi iddia edilən Sahar Tabar adlı Instagram ulduzu həbs olunub

İslamazeri.com xəbər verir ki, İranda Instagram yolu ilə məşhurlaşan Sahar Tabar həbs olunub.

Tasnim xəbər agentliyinin məlumatına görə, Sahar Tabar "dini təhqir etmək", "əxlaqsızlıq təşviq etmək" və "İranda İslam geyim qaydasını təhqir etməkdə" ittiham olunur.

Agentliyin xəbərinə görə, paytaxt Tehranda bəzi insanlar Sahar Tabardan şikayət edərək onun sosial mediadakı üslubunu dinə, mədəniyyət və əxlaqa zidd olduğunu qeyd ediblər.

Bir müddət əvvəl 21 yaşlı Tabar əvvəllər Angelina Jolie-yə bənzəmək istədiyi iddialarını rədd edib və sosial media hesablarında olan şəkillərinin çoxunun "makiyaj və fotoşop" olduğunu qeyd edib.

Burnu və dodağında plastik əməliyyat keçirdiyini etiraf edən Tabarın  Instaqramda milyonlarla izləyicisi olub.

Həbs olunduqdan sonra Tabarın Instaqram hesabı bağlanıb.

 Qərb mediası Saharın amerikalı aktrisa Angelina Jolie-yə bənzəmək üçün dəfələrlə kosmetik əməliyyat keçirməsini xüsusi vurğulayırlar.

İranda amerikalı aktrisa Angelina Jolie-yə bənzəmək üçün dəfələrlə kosmetik əməliyyat keçirdiyi iddia edilən Sahar Tabar adlı Instagram ulduzu həbs olunub
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap