header

 `Əl-Qaidə`nin Cənubi Asiya üzrə lideri məhv edilib

Əfqan kəşfiyyatı "Əl Qaidə" liderlərindən biri olan pakistanlı Asim Ömərin öldüyünü açıqlayıb.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ariananews Milli Təhlükəsizlik Müdirliyinə (NDS) istinadla xəbər verib.

Məlumata görə, Pakistan vətəndaşı Ömər, sentyabrın 23-də Helmand əyalətinin Musa Kala mahalında ABŞ və Əfqan qüvvələrinin birgə əməliyyatı zamanl məhv edilib.

İdarədən verilən məlumata görə, o, "Taliban" əleyhinə təşkil olunan basqında "Əl-Qaidə"nin digər altı üzvü arasında ölüb.

Öldürülənlər arasında "Əl-Qaidə" lideri Ayman əl-Zavahiri ilə əlaqə saxlayan - Rayxan da var.

Qeyd edək ki, 1974-1976-cı illər arasında doğulduğu güman edilən Ömər əslən Hindistanın Uttar Pradeş regionundandır.

2016-cı ildə ABŞ Maliyyə Nazirliyi onu terror siyahısına əlavə edib.

Əfqan kəşfiyyatı "Əl Qaidə" liderlərindən biri olan pakistanlı Asim Ömərin öldüyünü açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap