header

 İİR XİN-in Türkiyənin Suriyaya hərbi giriş ehtimalı haqda xəbərdarlığı

İranın Xarici İşlər Nazirliyi bildirib ki, Amerika hökumətinin Suriya ərazisinin işğalına son qoymaq və amerikalı hərbçilərin həmin ölkədən çıxmaları barədəki qərarı bundan çox-çox əvvəllər həyata keçirilməli idi.

İranın Xarici İşlər Nazirliyi bir açıqlamada amerikalı hərbçilərin Suriyadakı iştiraklarını qanunsuz adlandırıb və bu hərbçilərin Suriyadan çıxmalarından sonra bu ölkədə və bölgədə sülh və sabitliyin yaranacağına ümidvarlıq edərək, Türkiyə hərbçilərinin Suriya ərazisinə daxil olmaları ehtimalını nigaranedici adlandırıbdır.

İranın Xarici İşlər Nazirliyi vurğulayıb: Türkiyə hərbçilərinin Suriya ərazisinə daxil olmaları geniş maddi və insan xəsarətlərinə gətirib çıxaracaq və buna əsasən, İran İslam Respublikası ehtimal olunan hər cür hərbi əməliyyatla müxalifdir.

Açıqlamada deyilir: İran İslam Respublikası mövcud nigarançılıqların dinc yolla aradan qaldırılması məqsədilə Türkiyə və Suriya rəsmiləri ilə təcili əlaqə yaratmağa hazırdır və vurğulayır ki, Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət, eləcə də Adana razılaşması dialoq üçün münasib əsaslardır.

İranın Xarici İşlər Nazirliyi bildirib ki, Amerika hökumətinin Suriya ərazisinin işğalına son qoymaq və amerikalı hərbçilərin həmin ölkədən çıxmaları barədəki qərarı bundan çox-çox əvvəllər həyata keçirilməli idi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-08-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap