Aşura faciəsində Əqilin övlad və nəvələri İmam Hüseynə (ə) yardım etməkdə elə qeyri-adi fədakarlıq göstərdilər ki, axırda İmam Hüseynin (ə) alqışına səbəb oldu. Həzrət onların fədakarlığını gördükdə, onları Cənnətlə müjdələdi və buyurdu:
صَبْراً آلَ عَقيلٍ إِنَّ مَوْعِدَكُمُ الْجَنَّةُ، اللَّهُمَّ اقْتُلَ قاتِلَ آلِ عَقيل
“Ey Əqil xanədanı! Səbirli olun, sizin yeriniz Cənnətdir. İlahi! Ali-Əqili öldürənləri məhv et!” ("Əqil ibn Əbutalib", səh.71; "Yənabiul-məvəddəh", c.3, səh. 3.)
İmam Səccad (ə) Əqil xanədanına xüsusi qayğı göstərirdi, hətta onları Cəfər Təyyar xanədanından üstün tuturdu. Bunun səbəbi soruşulduğu zaman buyurdu:
إِنِّي أَذْكُرُ يَوْمَهُمْ مَعَ أَبِيعَبْدِاللَّهِ فَأَرِقُّ لَهُمْ
“Onların Əba-Əbdillah yolundakı fədakarlıqları yadıma düşdükdə, onlara ürəyim yanır.” ("Əyanuş-şiə", c.1, səh.636.)
Aşura hərəkatında Əqil xanədanından doqquz nəfər şəhadət feyzinə nail oldu:
1. Kufədə şəhid olan Müslim ibn Əqil;
2. Abdullah ibn Müslim ibn Əqil (Müslim oğlu Abdullah);
3. Məhəmməd ibn Müslim ibn Əqil (Müslim oğlu Məhəmməd);
4. Cəfər ibn Əqil;
5. Əbdürrəhman ibn Əqil
6 Məhəmməd ibn Əqil;
7. Abdullah ibn Əqil;
8. Əli ibn Əqil;
9. Məhəmməd ibn Əbu Səid ibn Əqil.
(“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.780-781.)
Maide.az – Maarif bölümü