header

 ABŞ senatorları Türkiyəni hədələdi

Suriyada hərbi əməliyyat keçirdiyinə görə, senatorlar Ankaraya qarşı sanksiyalar haqqında ikitərəfli qanun layihəsini təqdim etməyə hazırlaşır.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Respublikaçı senator Lindsi Graham bəyan edib.

"Suriyadakı vəziyyəti həmkarlarımızla müzakirə etdik. Senatorlar, bu ölkənin ordusu Suriyaya hücum etməyə başlayarsa, Türkiyəyə qarşı sanksiyalarla bağlı iki tərəfli qanun layihəsi təqdim etməyə hazırdır. Türkiyə ordusu ABŞ ordusuna terror xilafətini məhvində kömək edən kürdlərə zərbə vurarsa, Türkiyənin də NATO-da iştirakının dayandırılmasına çağıracağıq”, - deyə o bəyan edib.

Xatırladaq ki, Türkiyə dünəndən etibarən Suriyanın şimalında əməliyyatlara başlayıb. Belə ki, ölkə təyyarələri sərhəddəki Samalka keçid məntəqəsini vurub, nəticədə Hasek vilayətinin şimal-şərqindəki keçiddə iki körpü dağılıb. Bu keçid məntəqəsinə Suriya Demokratik Qüvvələrinin ərəb-kürd birləşmələri nəzarət edir.

Daha əvvəl Türkiyənin Əl-Malikiya yaxınlığındakı Suriya Demokratik Qüvvələrinin qərargahına hava zərbəsi endirmişdi.

Suriyada hərbi əməliyyat keçirdiyinə görə, senatorlar Ankaraya qarşı sanksiyalar haqqında ikitərəfli qanun layihəsini təqdim etməyə hazırlaşır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-08-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap