ABŞ əsgərləri Qətərdəki bazanı tərk etdi
Posted on : Digər sahələr 09/30/2019
ABŞ ordusu ani bir qərarla Qətərin Ədid hərbi bazasını 13 il sonra tərk edib.
ABŞ ordusu ani bir qərarla Qətərin Ədid hərbi bazasını 13 il sonra tərk edib.
Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Amerika mediasında gedən xəbərə görə, ABŞ Qətərin Ədid hava bazasını bu ölkədən çıxararaq, Amerikanın şərqindəki Karolina ştatına aparıb.
Qətərin Ədid hava bazası boşaldıldıqdan sonra, ABŞ hava qüvvələri komandanlığı indi Qərbi Asiya və Şimali Afrikadakı təyyarə donanmasını yeddi min mil kənarda, Karolina ştatından idarə etməyə başlayıb.
Bu barədə açıqlama verən ABŞ Hava Kosmos Əməliyyat Mərkəzinin komandiri Fredrik Kolman İranın müxtəlif yollarla bu bazaya hücum etmək istədiyini iddia edib.
Amerikalı komandir eyni zamanda ABŞ dövlətinin Fars körfəzinə hərbi meylinin dəyişdiyini bildirərək, belə qeyd edib: “İndi İŞİD-ə qarşı müharibə sona çatıb və Əfqanıstanda sülh prosesi başa çatmaq üzrə olduğu üçün regionda tam əmin-amanlıq təmin edilməkdə olduğunu deyə bilərik”.
Amerikalı komandirin bu sözləri, hazırda ABŞ ordusuna bağlı təxminən 300 döyüş təyyarəsinin Suriya, Əfqanıstan və Fars körfəzi kimi bölgələrdə olduğu halda səsləndirilir.