header

 Ayətullah Xamenei: Onlara bel bağlamaq olmaz! Sözlərinin dəyəri yoxdur!

İranın Ali lideri nüvə sazişi və digər məsələlər barədə danışıb.

İranın Ali lideri nüvə sazişi və digər məsələlər barədə danışıb.

İran İslam İnqilabı lideri Ayətullah Xamenei “Avropanın İranla düşmənçiliyinin, mahiyyətcə, ABŞ-ın düşmənçiliyindən fərqlənmədiyini” bildirib.

O deyib ki, “avropalılar, ilk baxışdan, vasitəçi qismində çıxış edirlər və uzun-uzun nitqlər söyləyirlər, lakin əsas etibarı ilə, onların sözünün bir dəyəri yoxdur”.

Danışıqlar qapısı, ABŞ və Sionist rejimi istisna olmaqla, heç bir dövlət üçün qapalı deyil. Bununla belə, İslam Respublikası ilə düşmənlik edən, ilk növbədə də ABŞ və bəzi Avropa ölkələrinə əsla güvənmək olmaz”, – deyə o əlavə edib.

Ayətullah Xamenei Avropanın nüvə sazişindən sonrakı addımlarına, o cümlədən də, ABŞ-ın bu sazişdən çıxdıqdan sonra, onların öz öhdəliklərini yerinə yetirməməsinə işarə edərək bəyan edib ki, “avropalılar, öz vədlərinə baxmayaraq, ABŞ-ın İrana qarşı sanskiyalarına sadiqdirlər və çətin ki, İran üçün çox mühüm bir addım atsınlar, buna görə də heç bir şəraitdə onlara bel bağlamaq olmaz”.

Düşmənin bütün hiylə və fitnələrinə baxmayaraq, vəziyyət İranın xeyrinə inkişaf etməkdədir. Bu gün isə İran hər zamankından da güclüdür. Bu, İranın regiondakı inqilabi və siyasi qüdrətinin artması ilə öz təsdiqini tapır”, – deyə o bildirib.

İranın Ali lideri nüvə sazişi və digər məsələlər barədə danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-28-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap