header

 ABŞ-ın Ərbəin təlaşı

ABŞ-ın Bağdaddakı səfirliyi İmam Hüseyn (ə) Ərbəininin yaxınlaşması ilə İraq şəhərlərində partlayışın ola biləcəyini bildirib və ABŞ vətəndaşlarından bu ölkəyə səfər etməmələrini tələb edib.

ABŞ-ın Bağdaddakı səfirliyi İmam Hüseyn (ə) Ərbəininin yaxınlaşması ilə İraq şəhərlərində partlayışın ola biləcəyini bildirib və ABŞ vətəndaşlarından bu ölkəyə səfər etməmələrini tələb edib.

 

 

Tashaio.com Shafaqna-ya istinadən xəbər verir ki, Bağdaddakı ABŞ səfirliyinin yaydığı açıqlamada, Ərbəin mərasimində minlərlə zəvvarı qarşılamağa hazırlaşdığı üçün İraqda bir partlayışın ola biləcəyi bildirilib.

 

Səfirlik sentyabrın 24-ü axşam bölgədəki son hadisələrlə əlaqədar qısa bir açıqlama ilə xəbərdarlıq edib və İraqdakı bütün ABŞ vətəndaşlarını ayıq olmağa dəvət edib.

 

Səfirlik öz saytında böyük şəhərlərdə, xüsusən də gecə saatlarında partlayışların olacağını açıqlayıb və ABŞ vətəndaşlarının hədəfə alına biləcəyini qeyd edib.

 

ABŞ səfirliyi, həmçinin vətəndaşlarına İraqa getməməyi və səyahət edərkən izdihamlı yerlərdə toplaşmamağı tövsiyə edib.

 

Xatırladaq ki, ABŞ səfirliyinin yerləşdiyi Bağdadın Yaşıl Bölgəsinə bazar ertəsi üç katyuşa raketi ilə hücum olmuşdu. Təhlükəsizlik mənbələrinə görə, iki raket səfirliyin yaxınlığına, üçüncü bir raket isə Dəclə çayına düşmüşdü.

ABŞ-ın Bağdaddakı səfirliyi İmam Hüseyn (ə) Ərbəininin yaxınlaşması ilə İraq şəhərlərində partlayışın ola biləcəyini bildirib və ABŞ vətəndaşlarından bu ölkəyə səfər etməmələrini tələb edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap