Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək –Vaxt açıqlandı
Posted on : Digər sahələr 09/22/2019
Yaponiyanın baş naziri Sindzo Abe BMT Baş Assambleyasında iştirak etmək üçün sentyabrın 23-dən 26-dək Nyu-Yorka səfərdə olacaq.
“Baş nazir Sindzo Abe sentyabrın 23-dən 26-dək Nyu-Yorku ziyarət edəcək, 26-dan 28-dək isə Brüsseldə olacaq. Nyu-Yorkda o, BMT Baş Assambleyasındakı tədbirlərə qatılacaq, həmçinin onun ABŞ və İran prezidentləri ilə yüksək səviyyəli görüşləri planlaşdırılır. Brüsseldə isə o, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək”, – deyə baş katib bildirib.