header

 Bu ilin ilk ƏRBƏİN karvanı yola düşdü

Cari ilin ilk ƏRBƏİN ziyarəti karvanı ötən gün İraqın cənubundan yürüşə başlayıb.

Maide.Az İQNA-a istinadla xəbər verir ki, hər il olduğu kimi bu ildə də Kərbəlada yerləşən İmam Hüseynin (ə) məqbərəsi istiqamətdə baş tutan yürüşlərə ötən gündən İraqın Bəsrə əyalətinin cənubunda yerləşən "Rəsul-Biyşə" rayonundan start verilib. 
 
Qeyd edək ki, buradan başlayan Ərbəin yürüşçüləri İmam Hüseynin Qırx mərasimi gününə kimi 500 km-dən çox piyada qət edərək, o həzrətin məzarına çatacaqlar.
 
Ərbəin yürüşü ayini hər il Məhərrəm ayının sonlarından İmam Hüseynin Qırx mərasiminə (h.q tarixi ilə səfər ayının 20-i) qədər davam edir. Bu yürüş ən böyük izdihamı ilə tarixə düşən ayinlərdən biridir.
 
ƏRBƏİN piyada yürüşü hər il milyonlarla insanın İmam Hüseyni (ə) ziyarət etmək və şəhadət məktəbini yaşatmaq hədəfi ilə həyata keçirilən möhtəşəm ayindir. Minlərlə insan yol uzunu yüzlərlə heyət və "mukəb" yaradaraq zəvvarlara xidmət göstərirlər.
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
Cari ilin ilk ƏRBƏİN ziyarəti karvanı ötən gün İraqın cənubundan yürüşə başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran