header

 Yəmənin ərəbistanın neft təsisatlarına qarşı əməliyyatının yeni detalları

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin ərəbistanın neft təsisatlarına qarşı PUA əməliyyatının yeni detallarını təqdim edib

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri bir mətbuat konfransında deyib: Ərəbistanın milli neft şirkəti təsisatlarının hədəfə alınması dəqiq hava müşahidəsindən sonra Yəmənin yerli pilotsuzları tərəfindən həyata keçirildi və onunla bağlı sənədlər də ilk dəfə olaraq təqdim edildi.

Yəhya əl-Səri deyib: Yəmənin yeni pilotsuzları kasset başlıq ilə təchiz olunmuş dörd raket daşımaq qabiliyyətinə malikdirlər.

Yəmən silahlı qüvvələrinin sözçüsü ərəbistanın energetika nazirinin bu ölkənin neft hasilatının öz adi prosesinə qayıtmasına dair iddiasına reaksiyada deyib ki, Aramko-ya vurulmuş xəsarətlər səud başçılarının dediklərindən çox böyükdür.

Yəhya əl-Səri ərəbistan və əmirliklər başda olmaqla Yəmənə təcavüz etmiş ölkələrə üzünü tutaraq, deyib ki, yəmənlilər düşmənə cavab verməkdən çəkinməyəcəklər.

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin ərəbistanın neft təsisatlarına qarşı PUA əməliyyatının yeni detallarını təqdim edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-19-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap