Səud təcavüzkarları Yəmənin şimalına artilleriya hücumu ediblər
Posted on : Digər sahələr 09/18/2019
Səud təcavüzkarları bu gün səhər tezdən Yəmənin şimalında yerləşən Səədə əyalətinin əl-Zahir rayonunu artilleriya ilə hədəfə alıblar.
Yəmənli mənbələr bildiriblər ki, səud təcavüzkarlarının artilleriyası əl-Zahir rayonunda yəmənlilərin əkin sahələrini və yaşayış mənzillərini hədəfə alıbdır.
Bu gün səhər tezdən Yəmənin qərbində yerləşən əl-Hudəydə əyalətinin “Bəyt əl-Fəqih” rayonunda yerləşən əl-Cah məntəqəsi də səud təcavüzkarlarının raket və artilleriya hücumları hədəfinə çevriliblər.
Yəmənli mənbələrin bildirdiklərinə görə, bu hücumlarda onlarla mülki ölüb və yaralanıbdır.