İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
Posted on : iran 09/16/2019
İran Hava Qüvvələrinin generalı Əli Hacızadə ölkəsinin müharibəyə hazır olduğunu açıqlayıb.
İslaminSesi - General iştirak etdiyi TV proqramında ABŞ-la müharibə barədə fikirlər səsləndirib:
"Hamı bilməlidir ki, İrandan 2 min km məsafədəki bütün ABŞ baza və gəmiləri İran raketlərinin hədəfindədir. Müharibə üçün daim hazır vəziyyətdəyik".
Ə.Hacızadə ABŞ-ın istənilən hücumunda həmin hədəflərin məhv ediləcəyini vurğulayıb.(qaynarinfo.az)