header

 Yəmən Səud rejimini şoka salıb

Yəmən Səud rejimini şoka salıb

Yəmənin Ənsarullah Hərəkatının pilotsuz təyyarələrlə Səduyyə Ərəbistanının neft emalı zavoduna endirdiyi zərbə krallıqda böyük narahatlıq yaradıb. Rəsmi Ər-Riyad hasilat səviyyəsinin 50 faizədək azaldığını elan edib. Krallığın neft şirkətində hesab edirlər ki, yaranmış kəsir daxili ehtiyatlar hesabına kompensasiya olunacaq. Bundan əlavə, neft ixracının bərpasına bir müddət vaxt tələb olunacaq ki, boşluq birjalarda qiymətlərin artım dinamikasının sürətləndirəcək.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, sözügedən hücumdan sonra ABŞ neft ölkələrinin siyahısında birinci pilləyə yüksəldib.

Bu, ABŞ-a bundan sonra hasilatı artırmaq və nəhəng istehsalçılara qarşı sanksiyaları yumşaltmaq fürsəti verib. Hücuma gəlincə, artıq Yəmənin Ənsarullah Hərəkatı məsuliyyəti üzərinə götürüb. Səudiyyə Ərəbistanında isə hesab edirlər ki, bu olayın arxasında bilavasitə ABŞ dayanır. Vaşinqton öz növbəsində iddianı əsassız sayır, üstəlik bunu İranın etdiyi deyilir. Rəsmi Tehran “Saudi Aramco” bazalarına hücumda iştirakını təkzib edir, həmin ərazinin onun raketlərinin təsir dairəsinə daxil olmadığını deyir.

Hazırda krallığın dünya üzrə ehtiyatın 15%-ni təmin etdiyini nəzərə alsaq, bu sahədə yaranmış kəsir ABŞ, İran və Venesuelanın xeyrinə işləyəcək. Yaranmış vəziyyət OPEC-in malik olduğu ehtiyatların 2019-cu ilin IV rübündə sutkada 1 mln. barel azalmasına səbəb olacaq. ABŞ-da isə hasilat səviyyəsi əksinə – rekord həddə yüksələcək. Lakin qlobal iqtisadi artımın ləngiməsi səbəbindən bu ölkə müştəri axtarmaqda çətinlik çəkməli olacaq, nəticədə isə ehtiyatların həcmi artacaq. Səbəb kimi təkcə “Saudi Aramco”nun bazalarına hücum yox, Hörmüz boğazındakı gərginlik də göstərilir.

Birjalarda isə neftin qiyməti yüksəlməyə başlayıb. Belə ki, bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 10,49% artaraq 1 barelə görə 66,54 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 9,20% artaraq 59,84 dollar təşkil edib.

Yəmən Səud rejimini şoka salıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap