header

 Çin Amerikanı müharibə ilə hədələdi

Çin Ordusu Cənubi Desantları Komandanlığı rəsmi Pekinin icazəsi olmadan Şişa adı ilə də tanınan Parasel su sərhədlərinə girən Amerikanın "Mayer" döyüş gəmisindən bölgəni tərk etməsini istəyib.

FaktXəbər-in məlumatına görə, Çin Ordusu Cənubi Desantları komandiri Li Huamin Amerikanın uzun müddətdir Çinin Cənubi Çin dənizindəki suverenliyini sərbəst gəmiçilik bəhanəsi ilə pozduğunu, bunun Vaşinqtonun qlobal sülh, regional təhlükəsizlik və sabitliyin qorunmasındakı sədaqətsizliyinin əlaməti olduğunu vurğulayıb.

Çinli səlahiyyətli, Çin ordusunun tam cəhətdən hazırlıqlı olduğuna toxunaraq, müstəqillik, təhlükəsizlik, sülh və sabitliyin xüsusilə də Cənubi Çin dənizində qorunması üçün lazımi cəhdlər göstərəcəyini deyib.

Çinin Amerika döyüş donanmasının Cənubi Çin dənizindən çıxması barədə xəbərdarlıq etməsi, əslində Pekinin Ağ Evin qızışdırıcı cəhdləri ilə mübarizə və Çinin bu dənizdə öz milli maraqlarını qoruması ilə bağlıdır.

Amerika son zamanlar Cənubi Çin dənizinin qlobal dəniz marşrutu olduğunu bəhanə edərək, öz gəmilərinin və sualtı qayıqlarının bu keçidi istifadə etməsini qanuni haqqı olaraq xarakterizə edir. Bu çərçivədə Amerika, Pekin hökumətinin bu regiona yönəlik mövqeyini yanlış və beynəlxalq qaydalara zidd hesab edir.

Çin Ordusu Cənubi Desantları Komandanlığı rəsmi Pekinin icazəsi olmadan Şişa adı ilə də tanınan Parasel su sərhədlərinə girən Amerikanın "Mayer" döyüş gəmisindən bölgəni tərk etməsini istəyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap