Ötən ay işğalçı İsrail qüvvələri 12 fələstinlini şəhid edib
Posted on :
Digər sahələr
09/04/2019
Ötən bir ay ərzində şğal altındakı Qərbi şəriyədə və Qəzzada İşğalçı İsrail rejim qüvvələri keçirdiyi əməliyyatlarda 450 fələstinlini saxlayıb.
Ötən bir ay ərzində şğal altındakı Qərbi şəriyədə və Qəzzada İşğalçı İsrail rejim qüvvələri keçirdiyi əməliyyatlarda 450 fələstinlini saxlayıb.
Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Fələstin Azadlıq Təşkilatı (FAT) hesabat açıqlayıb.
Məlumata görə, ötən ay işğalçı İsrail rejim qüvvələri 12 fələstinlini öldürüb, onlardan biri azyaşlı uşaqdır.
İşğalçı rejim şəhid olan fələstinlilərdən yalnız 5-nin cəsədini ailələrinə təhvil veirb.
Hesabata görə, bu müddət ərzində işğalçı rejim əsgərlərinin açdığı atəş nəticəsində 630 fələstinli yaralanıb. Onlardan 500 nəfər Qəzzada keçirilən Böyük Qayıdış yürüşlərində, 130 nəfər isə Qərbi Şəriyədə yaralanıb.
Hesabatda bildirilir ki, işğalçı rejim cinayətlərinin davamında Qərbi Şəriyədə 25 evi söküb.