header

 İmam Hüseynə (ə) üçün ağlayırıq? – “Aşura bəzi dəstə ardıcıllarının tarixi üz qarasıdır”

Bildiyimiz kimi 1400 illik Aşura faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Hər il olduğu kimi, tarix boyunca Peyğəmbər (s) ailəsinə öz sədaqəti ilə seçilmiş xalqımız bu il də məscid və hüseyniyyələrdə əzadarlıq mərasiminə hazırlaşmaqdadır.

Bildiyimiz kimi 1400 illik Aşura faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Hər il olduğu kimi, tarix boyunca Peyğəmbər (s) ailəsinə öz sədaqəti ilə seçilmiş xalqımız bu il də məscid və hüseyniyyələrdə əzadarlıq mərasiminə hazırlaşmaqdadır.

 

Təbii ki, hər il olduğu kimi əzadarlıq tədbirlərinə müxalif olan digər məzhəb və düşüncə sahibləri öz irad və təklifləri ilə sosial şəbəkələrdə öz fikirlərini müzakirəyə çıxarır, əzadarlıq edilməsinə ehtiyac olmadığını, bəzən də ümumiyyətlə lazımsız bir əməl olduğunu bildirirlər. Hər iki fikir sahibləri başa düşüləndir. Çünki Aşura faciəsinin baş verməsi digər məzhəb ardıcıllarının tarixi üz qarasıdır. Çünki Peyğəmbər(s) ailəsinin başına gətirilən bu müsibətin müqəddiməsi onların “səhabə” adlandırdıqları şəxslər tərəfindən qoyulmuşdur. Ikinci müxalif dəstə isə ümumiyyətlə belə fikirləri özlərindən uzaq tutur, dünyanın ancaq yeyib-içib şadlıq yeri kimi başa düşür və hər bir hadisəyə “pozitiv”lik şuarı altında soyuqqanlı yanaşırlar. Belə situasiyalarda biz də öz fikir və düşüncəmizi ifadə etməyi zəruri sayırıq.

 

Ilk olaraq bunu qeyd edək ki, hər bir hadisənin pərdəarxasında böyük səbəblər mövcuddur. Ümumiyyətlə təbiətdə olan və baş verən hər bir hadisənin arxasında böyük sirlər gizlənmişdir. Bəzən biz buna hikmət də deyirik. Həmnçinin biz həmin zahiri müşahidə etməsək, hikmətin olması haqqında düşünmərik. Insanda ifadə hissinin olması da qaçılmazdır. Biz bu hissi bəzən şadlıqla, bəzən hüznlə ifadə edirik. Həmçinin sözügedən ifadə söz və ya hərəkətlə çatdırılır. Insanda olan bu hissin çatdırılma metodu xüsusidir. Çünki hər bir şəxsin xüsusi olaraq şadlığı  və qəmi ifadə etmək qabiliyyəti vardır. Təbii ki, şadlıqla qüssənin ifadə olunma metodları da tam fərqlidir. Amma burada müştərək ifadə hissi də vardır ki, bu hissi hər birimiz yaşamışıq. Bu sevincdən, ya da qəmdən axan göz yaşlarıdır. Şadlıq və qüssə göz yaşlarının tək ünvanı olmadığına görə  onların bir neçə növünü qeyd edəcəyik.

 

Qorxu, iztirab və həyacandan ağlamaq, bütün insanlarda müşahidə edilən göz yaşlarıdır. Çünki yaxınlarını itirən, ondan ayrı düşən şəxs onu bir daha görməmək qorxusundan və ya onu gec görmək iztirabından ağlayır.

 

Özünü ifadə etmək üçün ağlamaq, bu da adətən uşaq və qadınlarda müşahidə olunur.

 

Qəm-qüssədən doğan ağlamaq, bu hər bir insanda baş verən haldır. Adətən bu göz yaşları insana az müddət sonra aramlıq və cismi sakitlik gətirir.

 

Şadlıqdan doğan ağlamaq, bu da hər bir insanda baş verə bilən sevincin kulminasiya nöqtəsindir ki, insanın qəlbi sevincdən riqqətə gəlir və göz yaşlarına hakim ola bilmir.

 

Tövbə və peşimanlıq zamanı ağlamaq. Bu kimi göz yaşları insanın mənəvi yüksəlişinin müqəddiməsi ola bilər.

 

İlahi eşqin və təqvanın təsirindən ağlamaq, bui kimi göz yaşları insanın mənəvi ruhunun yüksəlişindən xəbər verir. Allah-taala Quranda buyurur: Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz! (Maidə83)

 

Əlbəttə bu siyahını da uzatmaq və barəslərində danışmaq olar. Amma bunları sadalamqdan əsas məqsədimiz bundan ibarətdir ki, biz yalnız məhərrəm ayında ağlamırıq. Və ya ağlamağımızın tək ünvanı yalnız İmam Hüseyn (ə) deyil. Bundan əlavə ağlamaq bəzilərinin təfəkküründə formalaşan mənfi hislərin və qəm qüssənin təzahürü deyil. Ağlayan insan daxili duyğularını aşkara çıxarır və bununla da geniş yayılmış depressiya xəstəliyindən amanda qalır. Xülasə ağlamaq qədər insanı qəm qüssənin təsirindən çıxaran, ona ruhi və cismani sakitlik bəxş edən ikinci bir hiss yoxdur. Demək ağlamaq İlahi tərəfindən insana verilmiş ən faydalı hislərdən biridir.

 

Bəs İmam Hüseynə əzadarlıq edərək ağlamaq necə?

 

Təbii ki, hadisənin  təfərrüatını bilmədən və ya şəxsi tanımadan onun barəsində göz yaşı tökmək mümkünsüz və ya faydasızdır. Bu günə kimi İmam Hüseynə əza saxlayaraq ağlayan hər kəs onu tanımış, baş verən hadisənin təfərrüatına varmışdır. Eyni zamanda bunu ictimailəşdirməklə digərlərinə də necə bir tarixi faciənin yaşanmasını çatdırır. Aşura məsələsi təkcə müsəlmanlara, müsəlmanların arasında da şiə məzhəbinə aid bir məsələ deyil. Bu cahanşümul bir məsələ olduğu üçün hər il əzadarlıq mərasimləri təkrarlanmalı, haqqın batilə boyun əymədiyi üçün qarşılaşdığı zülmü xatırlayaraq göz yaşı axıdılmalıdır. Hansı ki, həmin zülm bu gün də dünyada tüğyan etməkdədir. Haqqın dini və milləti olmadığı kimi zülmün də dini və milləti yoxdur. Dünyanın hansı coğrafi məkanında olmasından aslı olmayaraq haqq düz və sevilməyə, zülm isə yox olmağa və nifrətə layiqdir. Bu, Aşura hadisənin dünyanın sonuna qədər yaşayacaq verdiyi mesaj və bəşəriyyətin qulağına pıçıldadığı gündəlik zikrdir. Bundan əlavə tarixdə İmam Hüseyn(ə) kimi ilahi bir şəxsiyyətin haqq uğurunda özü ilə yanaşı bütün sevdiklərini də qurban verən ikinci bir şəxs olmadığı üçün bu hadisənin hər il təzələnməsi, əzadarlıq məclislərinin keçirilməsi, göz yaşlarının axıdılması və ictimayiləşməsi olduqca zəruridir. Xüsusən də 20 faiz torpağı düşmən tapdağı altında olan bir millət üçün!

Bildiyimiz kimi 1400 illik Aşura faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Hər il olduğu kimi, tarix boyunca Peyğəmbər (s) ailəsinə öz sədaqəti ilə seçilmiş xalqımız bu il də məscid və hüseyniyyələrdə əzadarlıq mərasiminə hazırlaşmaqdadır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap