Qarabağ münaqişəsində 3888 Azərbaycan vətəndaşı itkin düşüb
Posted on : Ölkə 08/31/2019
Onların 3622 nəfəri kişilər, 266 nəfəri qadınlardır. İtikin düşənlərin 3170 nəfəri hərbçilər, 718 nəfəri mülki şəxslərdir (uşaq – 71 nəfər, qadın – 266 nəfər, qoca – 326 nəfər).
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından qeydiyyatdan keçən 3888 nəfər itkin düşmüş şəxs var. Onların 3622 nəfəri kişilər, 266 nəfəri qadınlardır. İtikin düşənlərin 3170 nəfəri hərbçilər, 718 nəfəri mülki şəxslərdir (uşaq – 71 nəfər, qadın – 266 nəfər, qoca – 326 nəfər).
Bu barədə avqustun 30-da Helsinki Vətəndaş Assambelyasının Azərbaycan Milli Komitəsinin Beynəlxalq İtkin Düşənlər Gününə həsr etdiyi dəyirmi masada bildirilib.
“3888 nəfər itkin şəxs həm çəmiyyətin, həm də onların 40-50 minədək ailə üzvlərinin iztirabı deməkdir. Ailələr ümid və kədər içində yaşayır. Elə insanlar var ki, hər gün zəng vurub itkin düşmüş övladı haqqına hansısa məlumatın olub-olmaması ilə maraqlanır. Deməli ümidlər ölmür, axtarışlar və araşdırmalar davam etdirilməlidir,” Helsinki Vərəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb, 1991-ci ildən aktiv hərbi əməliyyatlar keçirilib və 1994-cü ilin mayında atəkəs sazişi imzalanıb.
Münaqişə zamanı minlərlə insan öldürülüb, əsir və girov götürülüb. Münaqişə başlayandan indiyədək Azərbaycan tərəfi əsir və girov götürülmüş 1477 nəfəri (kişilər – 1123 nəfər,qadınlar – 354 nəfər) azad edib.
Bu işdə Helsinki Vətəndaş Assambleyasının xüsusi rolu qeyd edilir.
“1995-ci ilədək Helsinki Vətəndaş Assambleyası ermənilər tərəfdə əsir və girovluqda olan 980 nəfər barədə məlumat toplayıb. Onların 500 nəfərinin azad olunmasına nail olduq. Beynəlxalq Qızıl Xaç Komitəısinin Azərbaycanda nümayəndəliyi açıqldıqdan və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yatadıdlıqdan sonra bütün sənədləri dövlət komissiyasına təqdim etdik. Hazırda itkin düşmüş şəxlsərin axtarışı ilə bu iki qurum məşğul olur,” Abdullayeva qeyd edib.
Çıxışlarda bildirilib ki, dövlət komissiyası itkin düşmüş şəxslərin barəsində araşdırmalar aparır, səndələr toplayır. Komissiya inidyədəkəsir və girov götürülmnüş cəmi871 nəfər barədə məlumatlar toplayıb.
“Dövlət komissiyası insanların taleyi ilə yaxından maraqlanmalıdır. Onlar tapılmırsa şəhid statusu verilməlidir və ailələrinə sosial müavinətlər ödənilməlidir. Hazırda itkin düşmüş elan edilmiş 3170 hərbiçinin ailəsi şəhidlik status verilməsini gözləyir,” Üçüncü Baxış Analitik Beyin Mərkəzinin rəhbəri Rauf Rəcəbov qeyd edib.
Ekspertlər bildirib ki, münaqiqşənin getdiyi regionda kütləvi qəbiristanlıqların araşdırlmasına ehtiyac var.
“Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşmüş şəxslərin DNA-sı (canlılarda nəsildən nəsilə bioloji xassələrin ötürülməsi prosesinin irsi genetikanın əsas vahidi) barədə məlumatların toplanması layihısini həyata keçirir. Artıq 2500-dən çox itkin düşmüş şəxs barədə belə məlumnatlar toplanılıb,” Sülh Naminə Əməkdaşlıq Koalisiyasının rəhbəri Əvəz Həsənov bildirib.
İtkin düşmüş insanların ailələri ilə birbaşa təmasda olan Helsinki Vətəndaş Assambleyasının Qərb Bölgəsi üzrə nümayəndəsi Aslan Vəliyev məmurların ailələrlə əlaqələrinin qənaətedici olmadığını deyib.
“Mülki Məcəlləyə görə, şəxs barəsində bir il ərzində məlumat əldə edilməyibsə o itkin hesab edilir, iki il ərzində məlumat yoxdursa ölmüş hesab edilir, 3 il barəsində məlumat əldə edilmirsə onun ailəsinə sığorta ödənilməlidir. Lakin Azərbaycanda məmurların itkin düşmüş şəxslərin ailələrinə münasibətləri bir çox hallarda hökumətə qarşı nifrəıt hissi yaradır,” o qeyd edib.