Namaz qılmayan şəxslə gediş-gəliş etməyin hökmü
Posted on :
Əqidələr
08/28/2019
Tashaio.com "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Namaz qılmayan şəxslə gediş-gəliş etməyin hökmü haqqında sualına cavabını təqdim edir:
Sual: Namaz qılmayan şəxsin evinə gediş-gəliş etmək və yaxud onun malından istifadə etmək olarmı?
Cavab: Namaz qılmayan şəxsin malından istifadə etmək və ya onunla gediş-gəliş etmək həmin şəxsin bu əməlinin (namaz qılmamasının) təsdiq olunmasına səbəb olmazsa, eybi yoxdur. Amma gediş-gəlişi kəsmək vacibata əməl etməyə və namaz qılmağa səbəb olarsa, əmr be məruf və nəhy əz munkər (yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək) məqsədi ilə – şərtlərə riayət etməklə – onunla gediş-gəlişi kəsməlisiniz.