header

 Məscidə doğru addım..

İslam dinində mühüm və müqəddəs məkanlardan biri də məcsidlərdir.

İslam dinində mühüm və müqəddəs məkanlardan biri də məcsidlərdir. “Allah evi” adını daşıyan məscidlər xas müqəddəsliyə sahib olmaqla bərabər, təlim-tərbiyə məsələsində, iman və etiqadın möhkəmlənməsində və həyatın ilahi rəngə boyanmasında da böyük təsirə malikdir. “Məscid”in əhəmiyyəti ilə bağlı bəs edər ki, İslamda iki böyük məscid – Məscidül-Həram (Kəbə) və Məscidül-Əqsa (Beytül-Müqəddəs) İslam Peyğəmbərinin (s) merac səfərinin başlanğıc nöqtəsi təyin edilmişdir. Amma buna rəğmən, İslam dini baxımından “məscid”in əhəmiyyəti bir neçə cəhətdən diqqəti cəlb edir:

1. Şübhəsiz, insan bihudə və boş-boşuna yaranmayıb və Qurani-Kərimə əsasən, insanın xilqətində məqsəd mənəvi təkamülə yetməkdir. Bu məqama yüksəlmək üçün Allaha “bəndəçilik” etmək lazımdır. “Zariyat” surəsinin 56-cı ayəsində buyurulur:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”

Digər tərəfdən də, Qurani-Kərimə görə, “məscid” ibadət ocağı və Allah adının çəkildiyi bir məkandır. “Həcc” surəsinin 40-cı ayəsində buyurulur:

الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

“O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız “bizim Rəbbimiz tək olan Allahdır” dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi, əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisindəçox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah Ona (Onun dininə) yardım edənə,şübhəsiz ki, yardım edəcəkdir. Həqiqətən, Allah qüvvətli və yenilməzdir.”

2. Yer və göylər, bütünlüklə, Allah-Taalaya məxsus olsa da, ilk növbədə “Kəbə” evi, sonra isə hər bir “məscid” Allah evidir. İmam Sadiq (ə) buyurur:

عَلَیكُم بِاِیتَانِ المَساجِدِ فَاِنَّها بیُوتُ اللهِ فِى الاَرضِ

“Sizə məscidə getməyi tövsiyə edirəm. Çünki məscidlər yer üzündə Allahın evləridir.” (“Əmali”, Şeyx Səduq, səh.293, hədis 8; “Əl-mizan”, 20-ci cild, səh.49.)

3. “Tövbə” surəsinin 18-ci ayəsində məscidlərin təmir edilməsindən söz açılır və təmir işləri ilə məhz iman, namaz və zəkat əhli, eləcə də, qorxmaz insanlar məşğul olmalıdır. Ayədə buyurulur:

إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللّهِ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلاَّ اللّهَ فَعَسَى أُوْلَـئِكَ أَن يَكُونُواْ مِنَ الْمُهْتَدِينَ

“Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə inanan, namazı bərpa edən, zəkat ödəyən vəAllahdan başqasından qorxmayan kəslər təmir etməlidirlər. Ümid var ki, onlar doğru yolu tapmışlardan olalar.”

Ustad Qəraətinin bu ayə ilə bağlı qeyd etdiyi incə-nöqtələr diqqəti cəlb edir:

a) Mərhum Feyz Kaşaninin “Safi təfsiri”ndə qeyd etdiyi kimi, “məscidin təmiri” dedikdə onun binasının bərpası, təmizliyi, döşənməsi, işıqlandırılması, eləcə də, orada tədris və təbliğ nəzərdə tutulur.

b) Məscid müsəlmanların mühüm ibadət və yığıncaq yerləri olduğundan, məscidin qəyyum və xidmətçiləri saleh, proqramları tərbiyəvi və büdcəsi halal olmalıdır. Əgər məscidi tikənlər zalım, xidmətçilər isə qorxaq və süst olarsa, təbii ki, həmin məkanda əsas məqsədin ödənməsindən və mənəvi abadlıqdan söz gedə bilməz. Bu baxımdan, məscidə qəyyumluğun və onun təmirinin şərtləri var:

–Məscidi təmir edən şəxs etiqad baxımından yaranış və məada etiqadlı olmalıdır;

–Qəyyum ruhi baxımdan şücaətli olmalı və kənar təsirə məruz qalmamalıdır;

–Məhrum təbəqənin qayğısına qalmaq məscid qəyyumları və xidmətçilərinin, onu təmir edənlərin vəzifəsidir.

4. Allaha şərik qoşanlar, kafirlər və bütpərəstlər məscidləri təmir edə bilməzlər. “Tövbə” surəsinin 17-ci ayəsində buyurulur:

مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُواْ مَسَاجِدَ الله شَاهِدِينَ عَلَى أَنفُسِهِمْ بِالْكُفْرِ

““Müşriklər öz küfrlərinə aşkar şahid olduqları halda, Allah məscidlərini təmir edə bilməzlər...”

Ayənin təfsiri ilə əlaqədar incəlikləri nəzərdən keçirək:

–Ayə Məscidül-Həramın təmiri ilə bağlı nazil olsa da, onda bəyan olunmuş hökmlər bütün məscidlərə aiddir. Ona görə də, ayədə “məscid” yox, “məscidlər” sözü işlədilmişdir.

–Məscidlərin və müsəlman dini mərkəzlərinin inşasında kafirlər və müşriklər iştirak edə bilməzlər.

–Özünü dinsiz göstərən kəslərin dini işlərə müdaxilə haqqı yoxdur.

–Əsas rol oynayan amil əməl yox, niyyətdir.

5. Məscidləri sökənlər və xaraba qoyanlar zalımlardır: “Bəqərə” surəsinin 114-cü ayəsində buyurulur:

وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَاجِدَ اللّهِ أَن يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُوْلَـئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلاَّ خَآئِفِينَ لهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ

Allahın məscidlərində onun adının çəkilməsinə imkan verməyən  oranı xaraba qoymağaçalışanlardan da zalımı varmıOnlar məscidlərə yalnız qorxu ilə girmək haqqına malikdirlərOnların dünyada bəhrəsi rüsvayçılıqaxirətdə isə böyük əzabdır.”

Ayənin nazil olma səbəbindən və bəzi rəvayətlərdən məlum olur ki, söhbət məscidləri xaraba qoymaq istəyənlərdən gedir. Tarixdə məscidlər dəfələrlə zalım hakimlər və azğın insanlar tərəfindən xaraba qoyulmuş və rövnəqdən salınmışdır. Fetlos adlı birinin rəhbərliyi ilə məsihilər tərəfindən Beytül-Müqəddəsin xaraba qoyulması, Tövratın yandırılması hadisəsindən tutmuş Qüreyş tərəfindən müsəlmanların Məscidül-Hərama daxil olmasının qarşısının alınmasınadək, uyğun fəaliyyətin bir çox nümunələri ilə rastlaşırıq. Bu gün də oxşar hadisələrin şahidi oluruq. Bütün bunlar zalımların küframiz ruhiyyəsindən danışır. Onlar tövhid mərkəzlərində Allah adının yad edilməsindən qorxu hissi keçirirlər. (“Təfsiri-Fəxr Razi”, uyğun ayənin təfsiri; “Nur” təfsiri, İstad Möhsin Qəraəti, uyğun ayənin təfsiri.)

Düşmən məscidin qapısından, divarından qorxmur. Onun qorxusu Allah adının yad edilməsi və müsəlmanların ayıqlığıdır.

Tarix göstərir ki, dini müqəddəsliklərlə mübarizəyə qalxanlar qiyamətdə Allahın qəhrinə düçar olmazdan qabaq dünyada zəlil və xar olurlar.

İslam dinində mühüm və müqəddəs məkanlardan biri də məcsidlərdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-28-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap