header

 Yəmən İrana tam səlahiyyətli səfir təyin etdi

Yəmənin Milli Qurtuluş hökuməti avqustun 17-si İbrahim Məhəmməd Deyləmini İrana tam səlahiyyətli səfir olaraq təyin edib.

Yəmənin Milli Qurtuluş hökuməti avqustun 17-si İbrahim Məhəmməd Deyləmini İrana tam səlahiyyətli səfir olaraq təyin edib.

 

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam mövzu barədə verdiyi açıqlamasında, Məhəmməd Deyləminin Yəmənin İran səfiri olaraq təyin edilməsini təbrik edib.

 

Ənsarullahın sözçüsü İrana tam səlahiyyətli səfir təyin etməkdə məqsədin, Yəmən milli qurtuluş hökuməti və Siyasi Ali Şuranın tədbirləri çərçivəsində bu hökumətin işlərini gücləndirmək üçün olduğunu bildirib.

 

Yəmənin İrana təyin etdiyi tam səlahiyyətli səfiri İbrahim Məhəmməd Deyləmi bir neçə gün əvvəl Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşən Yəmən heyətinin tərkinbində iştirak edirdi.

 

Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi də şənbə günü etdiyi çıxışında İran İslam Respublikası ilə rəsmi və diplomatik əlaqələrin başlamasına vurğu etmişdi.

 

Husi ölkəsinin bundan əvvəl İran İslam Respublikası ilə rəsmi əlaqələri olduğunu qeyd edərək, Yəmən heyətinin ötən günlərdə Tehran səfərinin ikitərəfli əlaqələri yenidən başlatmaq istiqamətində reallaşdığını qeyd etmişdi.

Yəmənin Milli Qurtuluş hökuməti avqustun 17-si İbrahim Məhəmməd Deyləmini İrana tam səlahiyyətli səfir olaraq təyin edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-19-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap