header

 İmam Hadinin (ə) şeiri hətta zallım xəlifəni də ayıltdı

Məsudi “Mərvəcil-zəhəbdə” yazır: “Mütəvəkkilə xəbər verirlər ki, İmam Hadinin (ə) evində silahlar və məktublar vardır ki, Qum əhli ona göndərmişdir. O, da qiyam etmək fikrindədir”.

Məsudi “Mərvəcil-zəhəbdə” yazır: “Mütəvəkkilə xəbər verirlər ki, İmam Hadinin (ə) evində silahlar və məktublar vardır ki, Qum əhli ona göndərmişdir. O, da qiyam etmək fikrindədir”.

 

Mütəvəkkil də bir dəstə əsgəri Həzrətin (ə) evinə göndərir və onlar gecə vaxtı İmamın (ə) evinə hücum edirlər. Evin hər tərəfini axtarırlar, ancaq bir şey tapmırlar. Onlar İmam Hadini (ə) bir otaqda görürlər ki, daşın üzərində əyləşib. Əynində yun paltar, Allaha ibadətlə məşğuldur. İmamı (ə) elə o halda Mütəvəkkilin yanına gətirirlər. Xəlifəyə dedilər ki, evində bir şey tapmadıq və onu da üzü qibləyə əyləşib, ibadət etdiyi halda gördük.

Bu zaman Mütəvəkkil şərab məclisi təşkil etmişdi və ayağa qalxdı və İmama (ə) təzim edib yanında əyləşdirdi. Əlində olan qədəhi İmama (ə) tərəf uzatdı. İmam (ə) buyurdu: “Allaha and olsun ki, ətin və qanım bu cür şeylərlə qarışmamışdır, bundan üzrlüyəm!”. (Tebyan)

 

Xəlifə də onun bu üzrünü qəbul edir və deyir: “Lütfən bizə bir şeir oxuyun!”.

 

İmam (ə) buyurdu: “Mən az şeir oxuyuram”.

 

Xəlifə dedi: “Gərək oxuyasan”.

 

İmam (ə) da bu şeiri oxudu:

“Dağların zirvələrindəki gecələri gündüzlərə gətirdilər.

Halbuki, güclü kişilər ona gözətçilik edirdilər.

Ancaq bu zirvələr onlara ölüm təhlükəsindən nicat verə bilmədilər.

Onlar da öz izzətli məqamlarından aşağı çəkildilər.

Qəbirlərin çuxurlarında onlara yer verdilər.

Necə də nalayiq bir yerə endilər!

O zaman ki, qəbirlərində dəfn olundular, carçı fəryad çəkdi:

“Haradadır o taclar, qolbağılar və bahalı libaslar?”.

Qəbir onların yerinə dilə gəldi və dedi: “İndi o üzlərdə qurdlar gəzirlər və onlar gündüzləri yeməklə məşğul idilər, indi isə özləri yeyilirlər”.

 

Mütəvəkkil bu şeiri eşidən zaman halı dəyişdi və ağladı və üzü göz yaşlarından islandı. Məclisdə olanların hamısı ağladı.

Mütəvəkkil İmama (ə) 4 min dinar təqdim etdi və Həzrəti (ə) hörmətlə evinə yola saldı.

Həmin günü Müvəkkilin eyş-işrət məclisi dağıldı və içdiyi qədəhləri yerə atdı”.

Məsudi “Mərvəcil-zəhəbdə” yazır: “Mütəvəkkilə xəbər verirlər ki, İmam Hadinin (ə) evində silahlar və məktublar vardır ki, Qum əhli ona göndərmişdir. O, da qiyam etmək fikrindədir”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap