ABŞ İran gəmisinin saxlanılması barədə qərar verdi
Posted on : iran 08/17/2019
ABŞ-ın Ədliyyə Nazirliyi Cəbəlutariq rəhbərliyin sərbəst buraxdığı İrana aid “Grace 1” adlı neft tankerinin saxlanılması barədə qərar verib.
ABŞ-ın Ədliyyə Nazirliyi Cəbəlutariq rəhbərliyin sərbəst buraxdığı İrana aid “Grace 1” adlı neft tankerinin saxlanılması barədə qərar verib.
Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, nazirlik beynəlxalq təcili iqtisadi qüvvələr müqaviləsinin pozulduğunu iddia etdiyi sənədində, tankerin ABŞ-ın terror təşkilatı kimi qəbul etdiyi İranın İnqilab Keşikçiləri Ordusuna (SEPAH) kömək etdiyini və qanunsuz bir şəkildə Suriyaya kömək etməyə çalışdığını qeyd edib.
Bu arada, İranın Limanlar və Dənizçilik Təşkilatının dəniz işləri üzrə müdir müavini “Grace 1” adlı tankerin adının dəyişdiriləcəyini bildirib.
O, tanker sahibinin tələbi ilə Grace 1 neft tankerinə İran bayrağı asılıb, adı da “Adrian Darya” kimi dəyişdirildikdən sonra, Aralıq dənizində üzməyə hazırlanacağını deyib.