header

 Ayətullah Əraki Şeyx Zəkzəki ilə telefonla danışdı

Beynəlxalq İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının baş katibi Ayətullah Möhsün Əraki avqustun 15-i Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki ilə telefonla əlaqə qurub.

Beynəlxalq İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının baş katibi Ayətullah Möhsün Əraki avqustun 15-i Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki ilə telefonla əlaqə qurub.

 

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Ayətullah Möhsün Əraki telefon danışığında Şeyx Zəkzəkidən müalicə müddəti haqqında məlumat alıb.

 

Şeyx Zəkzəkinin səhhəti və müalicə müddətindən narahat olduqlarını qeyd edən Ayətullah Əraki, İran və Beynəlxalq İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatı olaraq onun müalicə prosesinə kömək etmək üçün bütün səyi edəcəyini vurğulayıb.

 

Beynəlxalq İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatından telefon danışığı haqqında verilən açıqlamada, Şeyx Zəkzəkinin əhvalının çox yaxşı olduğu qeyd olunub.

 

Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzəki telefon danışığında özünün müalicəsi üçün sərf edilən bütün səylərə görə təşəkkürünü çatdırıb. Şeyx Zəkzəki, ancaq bu səylərə baxmayaraq Hindistanda müalicə müddətinin hələ başlamadığını qeyd edib.

 

 

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki səhhətinin ağırlaşması ilə nəticələnən dörd illik həbsindən sonra Nigeriyada bir məhkəmənin qərarı ilə müalicə almaq üçün avqustun 13-ü Hindistana gətirilib.

Beynəlxalq İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının baş katibi Ayətullah Möhsün Əraki avqustun 15-i Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki ilə telefonla əlaqə qurub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap