header

 Nigeriya rejimi Şeyx Zəkzakinin Hindistanda müalicəsinin qarşısını alır!

Ötən gün Nigeriyadan müalicə almaq üçün həyat yoldaşı ilə birlikdə Hindistana gələn Şeyx Zəkzakinin həyatı təhlükə altındadır.

Ötən gün Nigeriyadan müalicə almaq üçün həyat yoldaşı ilə birlikdə Hindistana gələn Şeyx Zəkzakinin  həyatı təhlükə altındadır. 
 
Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin Yeni Dehlidə yerləşən “Medanta” xəstəxanasına çatmasından bir neçə saat sonra, Şeyxin təhlükəsizliyini qoruyan Nigeriya dövlət məmurları müxtəlif bəhanələrlə onun müalicəsinin qarşısını almağa çalışırlar.
 
Hələ Şeyx Zakzaki Hindistana gəlməmişdən mətbuatda ABŞ-ın Hindistandakı səfirliyinin Hindistan dövlətindən Şeyx Zakzakinin Medanta klinikasında müalicə almasına mane olması üçün çağırışlar etdiyi xəbəri yayılmışdı. 
 
Xəstəxanadan əldə olunan məlumatlara görə, Nigeriya dövləti və həmçinin Amerika kimi xarici qüvvələrə bağlı olan bir sıra məmurlar öz mənfur planlarını həyata keçirməyə səy göstərir.
 
Etibarlı mənbələr, ABŞ-ın Hindistanda yerləşən səfirlik rəsmilərinin xəstəxana idarəçəiliyinə Şeyx Zəkzakinin palataya yerləşdirilməsinə maneəçilik törəfilməsiylə bağlı göstəriş verdiyini bildirir.
 
Nigeriya İslam Hərəkatı həyəcan təbili çalaraq Şeyx Zəkzakinin həyatının təhlükədə olduğunu bildirərək Nigeriya və Hindistan xüsusi xidmət orqanlarının bu cinayətdə əlbir olduqlarını açıqlayıb. 
 
Şeyx Zəkzakinin özünün də səs yazısı yayılıb ki, həyatı təhlükəsi olduğunu bildirir və yuxarıda ABŞ səfirliyinin müdaxiləsini dilə gətirir. 
 
O, hal-hazırda müalicə almadığını, həqiqətdə bir həsxanadan digərinə göndərildiyini bildirib. Şeyx Zakzaki Malayziya, İndoneziya və Türkiyə dövlətlərinin onun müalicəsini həyata keçirmək üçün təklif göndərdiklərini də söyləyib. 
 
Bütün bu hadisələrdən sonra, Şeyx Zəkzaki Hindistandan Nigeriyaya qayıtmaq qərarına gəlib.
 
 “Əl Əhd” xəbər agentliyinin yaydığı məlumata əsasən, Şeyx Zəkzakinin bu qərarı, ona qarşı tətbiq olunan məhdudiyyətlərə görə olub.
 
Bununla bağlı, Londonda yerləşən “İslam İnsan Haqları” Komissiasının sədri Məsud Şəcərə də sosial şəbəkələrdə səs faylı yayımlayaraq, Hindistan dövlətinin Şeyx Zəkzakiyə xəbərdarlıq etdiyini bildirib.
 
O bildirib: “Hindistan dövləti Şeyx Zəkzakiyə xəbərdarlıq edərək, dövlət tərəfindən təyin olunmuş şəxslər tərəfindən müacliə olunmağı qəbul etmək və ya iki saat ərzində ölkəni tərk etmək variantlarından birini seçməsini istəyib. Şeyx Zəkzaki ilə cinayətkar formasında davranılır. Bu növ davranış beynəlxalq standartlarına ziddir. Məhkəmənin qərarına əsasən, Şeyx Zəkzakinin müalicəsi ilə xüsusi həkim heyəti məşqul olmalı idi. Lakin Şeyx Hindistana çatdığı zaman fərqli hadisələrlə üzləşdik. Belə ki, həkim heyəti dəyişdirilmişdi və  öncədən təyin olunmuş şəxslərin Şeyxin otğına girişinə təhlükəsizlik qüvvələri tərəfindən maneəçilik törədilir.”
 
Ötən gün Nigeriyadan müalicə almaq üçün həyat yoldaşı ilə birlikdə Hindistana gələn Şeyx Zəkzakinin həyatı təhlükə altındadır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap