header

 Ayətullah Şeyx Məhəmməd Asif Möhsininin dəfn mərasimi - FOTO

Əfqanıstan şiələrinin təqlid mərcəsi və Əfqanıstan Şiə Alimləri Şurasının rəisi mərhum Ayətullah Şeyx Məhəmməd Asif Möhsininin dəfn mərasimi keçirilib.

Əfqanıstan şiələrinin təqlid mərcəsi və Əfqanıstan Şiə Alimləri Şurasının rəisi mərhum Ayətullah Şeyx Məhəmməd Asif Möhsininin dəfn mərasimi keçirilib. 
 
Tashaio.com xəbər verir ki, dəfn mərasimi ötən gün Kabildə təşkil olunub. 
 
Mərhum Kabildə təsis etdiyi "Xatəmun-Nəbiyyin" universitetinin həyətində dəfn olunub. 
 
Qeyd edək ki, mərhum Ayətullah  Möhsini avqustun 5-də 84 yaşında vəfat edib. O, 1314-ci hicri-şəmsi ilində (1935 miladi) Qəndəharda dünyaya gəlib.
 
Şeyx Asif Möhsini İslam dünyasının Seyid Möhsin Həkim və Əbul-Qasim Xoi kimi böyük alimlərinin hüzurunda elm öyrənib. Onun "Mötəbər Hədislər Toplusu" və "Rical Elmində Məsələlər" kimi dəyərli əsərləri yadigar qalıb.
 
Mərhum Ayətullah Möhisini  Əfqanıstan Şiə Alimləri Şurasının rəisi, Kabildə Ali Dini Elmi Hövzənin təsisçisi, Kabildə "Xatəmun-Nəbiyyin" universitetinin təsisçisi və eləcə də  Ümumdünya Əhli-Beyt Cəmiyyətinin Ali Şurasının üzvü olub.
 
 
 
 

Əfqanıstan şiələrinin təqlid mərcəsi və Əfqanıstan Şiə Alimləri Şurasının rəisi mərhum Ayətullah Şeyx Məhəmməd Asif Möhsininin dəfn mərasimi keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap