header

 İşğalçı İsrail rejimi qəsb etdiyi torpaqlarda daha 2300 yaşayış məntəqəsi tikəcək

İşğalçı İsrail rejimi İordan çayının Qərb sahillərində qəsb etdiyi torpaqlarda 2300 yaşayış məntəqəsinin tikintisinə başlayır.

İşğalçı İsrail rejimi İordan çayının Qərb sahillərində qəsb etdiyi  torpaqlarda 2300 yaşayış məntəqəsinin tikintisinə  başlayır.  
 
Tashaio.com “AA”-a istinadla bildirir ki, bu barədə işğal olunmuş Fələstin torpaqlarında fəaliyyət göztərən “Dunya bu an” hərəkatının məruzəsində xəbər verilib.  
 
Məruzədə həmçinin deyilir ki,  işğal etdiyi ərazilərə əhali yerləşdirməsi qərarı sionist İsrail rejiminin dağıdıcı dövlət siyasətinin tərkib hissəsidir və  sülhün bərpası və tənzimlənməsinə ziddir.”
 
Bundan əvvəl isə, işğalçı rejim İordan çayının Qərb sahilində üç yaşayış məntəqəsi tikməyə başlayıb. İşğalçı rejimin bu əməliyyatları İordan çayının Qərb sahillərini və yaxud bütün sahilyanı ərazilərə sahiblənmək planının  tərkib hissəsidir.
 
Binyamin Netenyahu hökuməti son dövrlərdə İordan çayının Qərb sahillərində və Qüdsün şərqindəki ərazilərdə  qanunsuz olaraq yəhudi ailələrin məskunlaşdırılmasını fəallaşdırıb.
 
1967-ci ildən başlayan işğalçılıq bu gün də davam edir.  Bu müddət ərzində İsrail 250 yaşayış məntəqəsi inşa edib.
 
Qüdsün şərqindəki işğal etdiyi ərazidə İsrail rejimi 18 qeyri-qanuni məntəqə tikdirib və buraya 220 min yəhudi yerləşdirib. İordan çayının Qərb sahillərinə isə 400 min yəhudi köçürülüb. 
 
Bu isə işğala məruz qalan fələstinlilərin vəziyyətini daha da çətinləşdirir. Beynəlxalq hüquq normalarına görə yəhudilərin məqsədli surətdə buraya yerləşdirilməsi qeyri-qanunidir.
İşğalçı İsrail rejimi İordan çayının Qərb sahillərində qəsb etdiyi torpaqlarda 2300 yaşayış məntəqəsinin tikintisinə başlayır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap