header

 İƏT Kəşmirlə bağlı fövqəladə iclas çağırıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb. 
 
Tashaio.com APA-a istinadən verdiyi xəbərə görə, təşkilatın fövqəladə iclası bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. 
 
İclasda Pakistan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və digər üzv dövlətlərin nümayəndələri iştirak edəcək. 
 
Qeyd edək ki, ötən gün Hindistan hökuməti Konstitusiyada Kəşmir ştatına imtiyazların verilməsini nəzərdə tutan maddəni ləğv edib.
 
Hindistan Konstitusiyasının 370-ci maddəsi Cəmmu və Kəşmirə ölkənin digər ştatları ilə müqayisədə, daha çox muxtariyyət hüququ verir.
 
Cəmmu və Kəşmir ştatının özünə məxsus konstitusiyası, ayrıca bayrağı və xarici işlər, müdafiə və kommunikasiya sahələrindən başqa bütün digər sahələrdə qərar vermək hüququ var.
 
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap