Nigeriya məhkəməsi Şeyx Zəkzaki ilə bağlı son qərarı açıqladı
Posted on : Digər sahələr 08/05/2019
Müalicə üçün Hindistana göndərilir
Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının azad olunuraq müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.
Tashaio.com xəbər verir ki, bu haqda Nigeriya İslami Hərəkat öz twitter səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir: "Məhkəmə hakimi Şeyx Zəkzaki və həyat yoldaşına müalicə üçün izn verilməsinin vacibliyini vurğulayıb. Hakim bildirib ki, səhətti ağır olduğu üçün canı təhlükədədir və məhkəməyə gələ bilmir. Hakim bu səbəbdən Hindistanda müalicə almaq üçün göndərilməsinə qərar verdi."
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Məhkəmə iki dəfə təxirə salınıb və növbəti məhkəmənin bu gün keçirilib.