header

 İraqda Əl-Həşduş Şəbinin düşərgəsinə edilən hücumu İsrail rejimi öz üzərində götürdü

İsrail rejimi İraqın Səlahəddin şəhərində Əl-Həşduş Şəbi və Hizbullaha məxsus hərbi düşərgəyə qarşı edilən hava hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

İsrail rejimi İraqın Səlahəddin şəhərində Əl-Həşduş Şəbi və Hizbullaha məxsus hərbi düşərgəyə qarşı edilən hava hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

 

Tashaio.com Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, sionist rejimin hərbi səlahiyyətlilərdən biri açıqlama verərək, hücumda Hizbullah, SEPAH və Əl-Həşduş Şəbiyə sadiq onlarla canlı qüvvənin öldürüldüyünü və düşərgənin məhv edildiyini deyib.

 

İsrail rejiminin regiondakı əməliyyatları ilə bağlı bəyanatlar verən sionist hərbi rəsmisi, belə deyib: “İraqda, Suriyada hərəkət etdiyimiz kimi hərəkət etdik. Düşmənlərimizin keyfiyyətli silah göndərməsinə və ya bölgədəki strateji nöqtələrə yerləşməsinə mane olmaq üçün Yəmən və İranda da eyni şəkildə hərəkət edə bilərik”.

 

Bu açıqlama Səlahəddin şəhərində Əl-Həşduş Şəbi və Hizbullaha məxsus hərbi düşərgəyə qarşı təşkil olunan hücumdan bir neçə həftə sonra verilib.

 

Düşərgəyə qarşı hücumun F-35 döyüş təyyarələri tərəfindən həyata keçirildiyi qiymətləndirilir.

 

İsrail rejiminin bu hücumda Suriyaya qarşı hücumlarında istifadə etdiyi idarə olunan raketlərə əl atdığı qeyd olunub.

 

 

Sionist hərbi rəsmisi, həmçinin ölkəsinin Suriyanın Qolan yüksəkliklərindəki Hizbullah və İranın hərbi mövcudluğunu ortadan qaldırmaq üçün hücumlarını artırdığını qeyd edib.

İsrail rejimi İraqın Səlahəddin şəhərində Əl-Həşduş Şəbi və Hizbullaha məxsus hərbi düşərgəyə qarşı edilən hava hücumlarının məsuliyyətini öz üzərinə götürüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-01-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap