header

 İblisin (lən) övladı vardırmı?

İblisin (lən) övladı mövzusuna işarə edən Quran ayələrindən biri də budur: “Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.

Mən onları (şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan)azdıranlardan kömək götürən olmamışam”. (“Kəhf” 50-51).

 

Bu iki ayə İblisin (lən) nəslinə işarə edilmiş və “Əşhəttəhum” sözünün cəm halda olması ona şamil edilir.

 

Əksər təfsirçilərin nəzərinə görə, bu ayələrdə İblisin (lən) övladlarından söz açılmışdır. “Davamçı” sözü burada məcazi mənada işlənmişdir.

İblis (lən) cin nəslindən olduğu üçün, onun da övladları olmuşdur. Çünki cinlər də insanlar kimi dişi və erkək olurlar.

 

Əllamə Məclisi belə bir hədis nəql edir ki, orada oxuyuruq: “Allah Təala İblisə buyurur: Adəmə övlad vermərəm, məgər o halda ki, onun kimisini sənə verərəm. Ona görə də hər bir insanın öz şeytanı olar”.

İblisin (lən) övladları olan şeytanlar da özü kimi insanları ancaq yolundan azdırmaq və günaha batırmaq üçün səy göstərərlər. Onlar da İblis kimi məlundurlar. (Hədənə)

 

Həzrət Peyğəmbərə (s) belə sual verirlər ki, sizin də şeytanınız vardırmı?

Həzrət (s) buyurdu: “Bəli. Ancaq Allah mənə yardım etmişdir və onu müsəlman etməyi bacarmışam”.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-31-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap